Yuxarı

Nazir jurnalistlərlə ağac əkdi - Foto

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov nazirliyin əməkdaşları ilə birgə 30 hektar ərazidə ağac əkib.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün də on ildən çoxdur ki, formalaşdırdığı ağacəkmə ənənəsinə sadiq qalıb.

Belə ki, Zığ - Heydər Əliyev Beynəlxalq hava limanı magistral avtomobil yolunun 30 hektar ərazisində yeni ağaclar əkilib.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin ümumilikdə 1000-dən çox nümayəndəsi iştirak edib.

Tədbirdə nazir Hüseynqulu Bağırov da jurnalistlərlə birgə ağac əkib. Daha sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, ənənə bundan sonra da davam etdiriləcək:

"Lənkəran, Quba, Şamaxı rayonları boyu yol kənarı ərazilərin yaşıllaşdırılması bu aksiyaların nəticəsidir. Bu gün də bu işimizi davam etdiririk. Jurnalistləri və QHT nümayəndələrini dəvət etməkdə məqsədimiz ötən illər ərzində əkdikləri ağacların necə böyüdüyünün şahidi olmalarıdır. Təkcə nazirlik deyil, hər kəs bu işdə könüllü olmalı, yaşıllaşdırmaya, ağacəkməyə maraq göstərməlidir. Biz bacardığımız qədər hər kəsi bu işə cəlb etməyə çalışırıq".

Ağacəkmə aksiyasından sonra nazirlik jurnalistlər və QHT üzvləri üçün şirniyyat süfrəsi də təşkil edib.

Qeyd edək ki, nazirlik ağacəkmə aksiyasının respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq digər dövlət və qeyri-dövlət qurumlarını, vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.

Tarix
2014.12.24 / 13:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla