Yuxarı

Rus politoloq: “Bakı bu simasını qoruya bilsə, onda...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya bazarında boşluqlar yaranıb və Azərbaycan da bundan istifadə edə bilər".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov söyləyib.

O, gələn il üçün Azərbaycanın İranla münasibətlərini gücləndirə biləcəyini deyib:

"Qlobal və regional vəziyyət qeyri-stabildir. Bütün bunlara baxmayaraq, Azərbaycan özünün mövqeyini, avtoritetini qoruyaraq inkişaf edə bilər. Bunun üçün şanlar var. Məsələn, 2015-ci ildə İlham Əliyevin Belorusa səfəri nəzərdə tutulur. Bu, doğru istiqamətə atılmış addımdır. Azərbaycanın Avrasiyaya inteqrasiya istiqamətində iştirakı saxlanılır. Neftin qiymətinin enməsi neft hasil edən bütün ölkələrə özünün neqativ təsirlərini göstərib. Bundan Azərbaycan da yayına bilməyib. Rusiya bazarında boşluqlar yaranıb ki, Azərbaycan da bundan istifadə edə bilər. Həmçinin daha bir diqqət olunası məqam Rusiyanın Türkiyə ilə münasibətlərini möhkəmləndirməsidir. Gələn ilə bu münasibətlər İranla da gücləndirilə bilər. Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyü kifayət qədər davamlı konfiqurasiya deyil. Bu öz-özlüyündə inkişaf üçün lazımı potensiala sahib deyil. Lakin Bakı-Tel-Əviv əməkdaşlığı kifayət qədər perspektivlidir.

Gələn il üçün Azərbaycan-Rusiya münasibətləri ilə bağlı optimizmə də əsas var. Doğrudur ki, Azərbaycan və ümumilikdə Zaqafqaziyaya ABŞ-ın aktiv təzyiqləri davam edir. Amma siyasi rəhbərliyin uzaqgörənliyi balansı qorumaqdadır. Əgər gələcəkdə də Azərbaycan bu simasını qoruyub saxlaya bilsə, o zaman Rusiya ilə arasındakı əməkdaşlıq inkişaf edəcək".

Tarix
2014.12.27 / 10:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla