Yuxarı

İslamın ən ciddi problemi müsəlmanlardır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şarli"dəki terrorların doğurduğu semantikalar

Yaramazlığın pozitivliyindən

Dünyanın işi belədir, insanilik formatında ən alçaq eyləmlər və nəsnələr Semiotik (bildiricilər və anlamlar) qatında faydalara, yetənəklərə gətirib çıxarır. Birinci və İkinci Dünya savaşlarının ürək parçalayan faciələrindən nə qədər filmlər görmüşük. Ancaq elə bu filmlərin bədii dəyəri, bu savaşların törətdiyi texniki yeniliklər dünyanın faydalar siyahısına yazılıb. İndi "Şarli"də iki-üç ərəbin törətdiyi terror gerçəklik formatında əsl İslam insanında utanc, xəcalət, üzüntü oyatsa da, semiotik qatda və daha genişi – elmi qatda yeni və dəyərli düşüncələr üçün itələntiyə çevrilir. Paris terroru dünya çapında İslam və anti-İslam düşüncə, ideyalar tezaurusuna (xəzinəsinə) yeni düşüncələr verməyə başlayıb.

Nemtsovun məqaləsi

Bu düşüncələrdən birini tanınmış rus müxalifətçisi, keçmiş baş nazir Boris Nemtsov irəli sürüb. O, "İslam cavan din kimi Ortaçağları yaşayır" adlandırdığı yazısında, sanki, İslama nifrət edən avropalıları sakitləşdirmək üçün söyləyir: belə fanatizm, iman üstündə belə qaniçənlik Xristianlıqda da olub. Ancaq olub Ortaçağda. İslam Xristianlıqdan 700 il sonra yaranıb, deməli, Xristianlığın Ortaçağları onun indisinə düşür. "Yaşlanandan" sonra İslam da Xristianlıq kimi olacaq (hərçənd bəzi ağıllı rusların düşüncəsinə görə, Xristianlığın Pravoslavlıq qolu da belənçi İslama yaxındır).

Bu yaşla (cavanlıq-qocalıqla) ilgili riyaziyyat maraqlı səslənsə də, bəzi sorular doğurur. Əgər Xristianlıq, İslam İlahidən verilmiş dinlərdirsə, yəni Tanrının necə olmaq, nələrə qulluq etmək və söykənmək kimi konular üzrə yolladığı bilgilərdisə, belə informasiyalara necə gənclik-qocalıq ölçülərini uyğulamaq olar?!

Əgər Nemtsov məqaləsini sekulyar, ateist avropalılar üçün yazıbsa, bu heç! Onlara Nemtsovun "riyaziyyatı" ilginc görünəcək. Ancaq məqalə həm də imanlı auditoriyaya yönəlibsə, dişsiz olacaq. Çünki müsəlmanlara görə, İudaizm də, Xristianlıq da, İslam da Adəm qədər əskidir. Hər üçünün mahiyyəti tovhid (Allahın birliyi) və mömin adamın Allaha özünü təslim etməsidir. Bunu isə Rəbb, artıq Adəmə açmışdı.

Bəlkə, Nemtsov müsəlman toplumunun xristianlara baxanda tarixcə gəncliyini deyir? Ancaq axı, hamı qəbul edir ki, İslam dünyası yarananda gənc olsa da, fəlsəfi-texniki-tibbi-əxlaqi yetənəklərinə görə dörd yana örnək idi. Yalnız Ortaçağı vaxtında bitirə bilmədiyinə görə, XVII-XIX yüzillərəcən uzatdığına görə müsəlman dünyasının xeyli fraqmentləri pis günə düşdü.

İslamın problemi

İslam terroristlərinin, cihadçılarının, fundamentalistlərinin eyləmlərinin törətdiyi düşüncələrdən danışıram. Birini heç də İslamın dostu olmayan Nemtsovdan gətirdim. Birini də İslamsevər özümdən gətirim. Mən bir daha görürəm ki, İslamın ən ciddi problemi nə yəhudilər, nə xristianlar, nə ateistlərdir. Çağımızda İslamın ən ciddi problemi müsəlmanlardır. Daha dəqiq desək, şiə oluban sünniyə, sünni oluban şiəyə nifrət edən, yaşamaq üçün Avropaya qaçıb sonra da orada xalqa əxlaq, insanlıq dərsi keçən, yəni köçdükləri evə inteqrasiya olmağı bacarmayan müsəlmanlardır. Bu müsəlmanlar Mirzə Fətəli, Mirzə Cəlil, Sabir timsalında onları ifşa edən onlarla parlaq yazarlar, siyasilər törədib. Bax, mənim dediyim İslamın ən əsas problemi olan müsəlmanlar bunlardır!

Bu konuda çox çalarlara toxunmaq olar, ancaq birini deyim. Biz öyrəşmişik ki, mədəniyyətdən danışanda yaxşılıqlara köklənək, mədəniyyətin insanı, toplumu ucalıqlara doğru necə dəyişdirdiyini göstərək. Bax, bu fonda mən dissonans səslənən bir düşüncəni ayırdım: hər mədəniyyətin mahiyyətində başqalarına (və hətta özümüzünkülərə də) nifrət potensialı gizlənir. Alman faşizminin alovlandırdığı nifrətin odunları qıraqdan gətirilməmişdi, alman kültürünün içindən götürülmüşdü. Eləcə də, türkə, gürcüyə erməni nifrətinin kültür kökləri yox deyil. Bundan sonra gəlin özümüzü düşünək, bəs bizim nifrət? Nədə qonşu uluslar (məsələn, farslar) ona gerçək əsas verir, nədə öz mədəniyyətimizin mahiyyətindən gəlir?

Son terrorların doğurduğu başqa bir düşüncə

Avropada böyük tolerantlar yenə söyləyir, terror düşmənçiliyinin İslama dəxli yoxdur. Məndə isə olay başqa düşüncə oyadır. İki qatı ayırmaq gərəkdir. İslam Allah qatında – terrorizmin bu qata dəxli yoxdur. İslam müsəlmanların qavrayışında, bilincində. Bax, bu qatda, yəni İslamın bilinclərə modifikasiya etdiyi qatda dinin mahiyyətində sevgi ilə yanaşı, nifrət potensialı da formalaşır. Ona görə də çağdaş İslamın başqa bir ciddi problemi müsəlmanların mənəviyyatında yanlış başa düşülmüş İslamdan gələn nifrət, düşmənçilik potensialını söndürməkdir. Söndürmək olmayanda isə cin kimi şüşəyə salmaqdır.

Kult.az

Tarix
2015.01.13 / 12:07
Müəllif
Niyazi Mehdi
Şərhlər
Digər xəbərlər

Balaca adamın böyük görünmək effekti

Dahiliyə yaxınlaşmış adam

İblisanə güclər

“Şok! Şok! Şok!”

Şüurun heç nəliyindən

Demokratiya nəyi dağıdır?

Meracda Allah peyğəmbərə nə dedi?

Dində islahatlara qarşı

İbadətin “qıl körpüsü”

Ateistə cavab: Atın dini olsaydı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla