Yuxarı

Ölkəmizdə QİÇS-in sürətlə yayıldığı şəhərlər – Siyahı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, ölkə üzrə QİÇS-in ən çox yayıldığı birinci rayon Şirvan, ikinci Haçıqabul, üçüncü isə Astaradır. Siyahıda Lənkəran 4, Sumqayıt 5, Yevlax 6-cı yeri tutur.

Axar.az xəbər verir ki, siyahıda ilk yeri tutan Şirvanda 386 nəfər İİV-ə yoluxan insan var ki, onun 311-i kişi, 75-i qadındır. Bu şəhərdə əhalinin hər 10 min nəfərindən (əhalisinin sayı 80900 nəfərdir) 47,7 nəfəri İİV-ə yoluxub.

Hacıqabulda isə 150-si kişi, 41-i qadın olmaqla, 191 İİV-ə yoluxmuş insan qeydiyyata götürülüb. Bu rayonda əhalinin hər 10 min nəfərindən (əhalisinin sayı 69100 nəfərdir) 27,6 nəfəri İİV xəstəsidir.

Astarada 161 kişi, 44-ü qadın olmaqla, 205 İİV-ə yoluxan insan var. Əhalisinin sayı 101200 nəfər olan Astarada əhalinin hər 10 min nəfərindən 20,3-ü İİV-li xəstədir.

Lənkəranda 353 İİV-ə yoluxan insan var. Onların 284-ü kişi, 69-u qadındır. Burada hər 10 min nəfərə (əhalisinin sayı 215800 nəfər) düşən İİV-li xəstələrin sayı 16,4-dür.

Sumqayıt şəhərində isə İİV-li xəstələrin sayı adları qeyd edilən rayon və şəhərdəkindən çox olsa da, əhali sayına görə az sayılır. Bu şəhərdə 492 İİV-ə yoluxan xəstə qeydiyyata götürülüb.

Yevlaxda 99-u kişi, 30-u qadın olmaqla, 129 İİV-li xəstə qeydiyyata götürülüb. Yevlaxda əhalinin hər 10 min nəfərindən 10,5-i İİV-li xəstələrdir.

Qeyd edək ki, adları qeyd edilən 6 şəhər və rayonda İİV-in yayılma göstəricisinin yüksək olması həmin ərazilərdə narkomaniyanın daha çox yayılması ilə əlaqəlidir.

Bakıda 903-ü kişi, 239-u qadın olmaqla, 1142 nəfəri İİV infeksiyasına yoluxub. Paytaxt əhalisinin hər 10 min nəfərindən 5,3 nəfəri İİV infeksiyasına yoluxub.

Məlumat üçün bildirək ki, ölkədə İİV-in ən az yayıldığı ərazilər Biləsuvar və Naftalandır. Biləsuvarda cəmi 7, Naftalanda isə 1 nəfər İİV-ə yoluxan xəstə kimi qeydiyyatdadır.

Tarix
2015.01.14 / 08:00
Müəllif
Hüseyn Valeh
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla