Yuxarı

İki istiqlal mücahidi – Volos və Babək

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uilyam Volos şotlandlar üçün kimdirsə, Babək bizim üçün odur. Volos şotlandların "cəsur ürəyi"dir, Babək bizim cəsur sərkərdəmizdir.

Müxtəlif dövrlərdə olsa da, onların hər ikisi yadelli istilaçılara qarşı vuruşub, yoxdan bayraq qaldırıb, onu üsyan və dövlət bayrağı ediblər.

Hər ikisinin düşməni özlərindən qat-qat güclü ordusu, insan və maddi resursları olan qüdrətli imperialistlər olub.

Volos da, Babək də uzun illər yadelli qəsbkarlara müqavimət göstərib, böyük qurbanlar veriblər.

Babək də, Volos da döyüş meydanında həm əsgər kimi şəxsi şücaətlər göstərib, həm də sərkərdə kimi hərbi uğurlar qazanıb.

Hər iki qəhrəmanın rəhbərlik etdikləri dövlətin və özlərinin taleyi faciəvi qurtarıb: dövlətləri süqut edib, özləri edam olunub.

Volos şotlandların qəlbində əbədi yaşayıb və yaşamaqdadır. Şotland xalqı 700 ildən çoxdur onu unutmur.

Azərbaycan xalqı da 1100 ildir Babəki unutmur, adını yaşadır, qalasını ziyarət edir.

Onları birləşdirən dəyər istiqlaldır.

Hər iki xalq qəhrəmanının həyatından, mübarizəsindən bəhs edən film var. Volosun həyatını əks etdirən film ("Cəsur ürək") dünyaca məşhurdur.

Babəkin həyat və mübarizəsindən bəhs edən film isə dünya miqyasına çıxmasa da, ölkə ictimaiyyətinə yaxşı tanışdır və ən maraqlısı odur ki, bu film sovet dövründə, həm də "Cəsur ürək"dən uzun illər öncə çəkilib.

Volos da, Babək də ölümlərindən əvvəl də, yüzillərlə sonra da qəsbkar istilaçıların pisləmələrinə məruz qalıblar. Yadellilər onların hər ikisini düşmən élan ediblər.

Bu məsələdə Volosla bağlı vəziyyət dəyişsə də, Babək hələ də hədəfdədir.

Çünki şotland xalqı öz dövlətçiliyini qurmasa da, öz mədəniyyəti, rifahı, nailiyyətləri ilə Volosun arzularını həyata keçirib, bir sıra müstəqil dövlətlərdən daha üstün mədəni muxtariyyat əldə edərək, tarixi qəhrəmanın arzularını həyata keçirib.

Babəkin qorumağa çalışdığı ərazidə isə müstəqil dövlət qurulsa da, bu dövlətin cəmiyyəti hələ də yadelli qəsbkarların hədəfindədir və onların mədəniyyətlərinin təsiri altındadır.

Bu baxımdan Volos və Babəkin irsləri öz ölkələrində fərqli şəkildə sevilir. Volos birmənalı olaraq xalq qəhrəmanıdırsa, Babək son illərdə yenidən "mübahisəli şəxsiyyət"ə çevrilib və ona "şəxsiyyət vəsiqəsi" vermək istəməyənlər çoxdur.

İndi baxaq görək Babək, bu xalq üçün nə edib, nə istəyib, nəyə nail olub?

Adam öz xalqının əsarət altında, yadelli təpiyi altında yaşamasıyla barışmayıb, ona qarşı çıxıb.

Xatırlayın, Volos üsyan bayrağını nə vaxt və niyə açdı? Hər bir şotland üçün təhqiramiz hal olan, "arvadının ilk gecəsi"ni yadelli ağaya güzəştə getmək tələbindən və buna razılaşmadıqdan sonra.

Bundan daha betəri Babəkin dövründə də olub. Ta qədimdən seksual manyaklıqları dillər əzbəri olan yadellilər hökmran olduqları bütün coğrafiyada özlərinə hərəmxanalar düzəltməklə məşğul olub, insanları bütün parametrlər üzrə istismar ediblər və bu, etirazlar, üsyanlar doğurub.

Məsələ bu qədər bəsit. Bir çoxları başqa cür qələmə verə bilər, amma heysiyyət, namus, layaqət kimi kateqoriyalara həssas münasibət min il əvvəl də olub və onlar tapdananda insanlar hər cür addımlar atıblar.

Babək ərəb istilaçılarına qarşı üsyan bayrağı açaraq bu coğrafiyada, böyük bir regionda azadlıq adası yaradanda ona hər cür damğa vurublar: "din düşməni" də deyiblər, "kafir" də adlandırıblar, düşməni gözdən sala biləcək hər cür iftiralar da atıblar.

Düşmən düşməni özündən üstün göstərəsi, öyəsi deyildi ki… "Kütləvi orgiyalar təşkil edirlər, azğın-pozğundurlar" deyəcək, yazacaqdılar, elə də ediblər. İndiki dövrdə o məxəzlərin, mənbələrin qara quruşluq dəyəri yoxdur. Çünki onlar o dövrlərin qara piar kampaniyasının elementləridir.

Əsas məsələ odur ki, Babək yadelli istilaçılara qarşı vuruşub, onların hökmranlığını qəbul etməyib, suverenlik, müstəqillik hayında olub.

Məgər istiqlal aşiqlərini söymək olarmı? Bunu yalnız qarşı tərəf edə bilər.

Bir də sübut etməyə çalışırlar ki, Babək Azərbaycan türkü olmayıb. Ola bilər. Deyək ki, lap elədir. Amma onun da məsələyə dəxli yoxdur. Bu adam Bəzz qalasında vuruşub, bu regionun istiqlalı üçün çarpışıb və hazırda Bəzz qalası Azərbaycanın baş qalası olaraq ziyarət yeridir.

Musavat.com

Tarix
2015.01.17 / 14:55
Müəllif
Xalid Kazımlı
Şərhlər
Digər xəbərlər

Abituriyent üçün tələ: niyə yüksək bal yığa bilmirlər?

41 il əvvəlin məxfi epidemiyası: bioloji silah belə yayılmışdı...

Rauf Arifoğlunu kimlər və niyə söyür?..

İrəliyə bax, qoca!

Jurnalisti qladiator və “satqın” sayanların cığallığı

Dəmir daşların əzilməsi

29 il öncə yolayrıcında..

Sosial şəbəkə kabusu

Quldur bıçağı kimi skalpel

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla