Yuxarı

Azərbaycanda kəskin virus yayılıb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuqların düşməsi ilə bir sıra xəstəliklər də baş qaldırıb. Hazırda bu, həm uşaqlar, həm də böyüklər arasında özünü göstərir. Xəstəliklər ilk olaraq boğazda qıcıqlanma, boğaz ağrısı, yüksək hərarətlə müşahidə edilir. Müalicə tətbiq edilmədiyi halda, xəstənin vəziyyəti daha da pisləşə bilir.

Musavat.com-un məlumatına görə, xüsusən ürək qan-damar sistemi, ağciyər xəstəlikləri olanlar bu dövrü daha ağır formada keçirirlər. Yayda meyvə-tərəvəz bol olduğundan, immunitetimizi gücləndiririk və bununla viruslara qalib gəlirik. Qışda isə immunitet zəiflədiyindən, başda qrip olmaqla bir çox infeksion xəstəliklər baş qaldırır.

Ən çox qarşılaşdığımız və soyuqdəymə kimi qəbul etdiyimiz xəstəliyin isə mütəxəssislərə görə, 200-dən artıq əlamətləri var. Burun axması, boğaz ağrısı, qoxu və dad bilmə hissinin azalması, halsızlıq, hərarətin qalxması, hətta göz qızarması ilə başlayan xəstəlik tənəffüs yolu ilə yoluxsa da, yoluxmanın ən önəmli səbəblərindən biri çirkli əllərdir. Ağız və burun suyunun bulaşdığı əllərlə başqaları ilə və ya əşyalarla təmas nəticəsində mikrob asanlıqla yayıla bilir.

Qripin ilkin əlamətləri baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrətmə sayılır. Qısa müddətdən sonra isə hərarət, burun axması, əzələ ağrıları, halsızlıq da bura əlavə olunur. Qrip müalicə edildikdə bir həftə, müalicə edilmədikdə isə yeddi gündən də artıq davam edə bilər. Qrip zamanı orqanizmdəki digər xəstəliklər də baş qaldıra bilər. Ona görə də bu infeksiyanın qarşısını vaxtında almaq məsləhət görülür. Üç gündən artıq davam edən hərarət, qusma, tənəffüs çətinliyi müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, hazırda insanlar arasında yayılan soyuqdəymə əlamətləri qripə bənzəsə də, bu, qrip deyil: "Hazırda yayılan virus qrip deyil. Çünki qrip yayılan zaman Ümumdünya Səhiyyə Təşkilatının raportu olur. Yuxarı tənəffüs yollarının epidemiyasına gəlincə, bu qrip əlamətləri - öskürək, qızdırma, yuxarı tənəffüs yollarının katarı ilə keçir. Bu da soyuqdəymə xəstəlikləri adlanır. Sovet dövründə bu cür xəstəlikləri kəskin respirator xəstəlikləri adı altında birləşdirirdilər və sahə həkimləri də xəstələrə diaqnoz qoyurdular ki, bu cür hallarda kəskin respirator diaqnozu ilə onlara bülleten verirdi. Yəni əslində yuxarı tənəffüs yollarında parazitlik edən çoxlu mikroorqanizmlər var. Bunlar adi halda, soyuqdəymədə, immun sisteminin zəifləməsində baş qaldırır və iltihabi proseslər törədir. Həm də artıq fəallaşmış bu mikroblar yoluxucu olur. Yəni birindən digərinə keçərək onda da bu halları törədə bilir. Qış boyu qrip adlandırdığımız, əksər hallarda bu cür bir-birinə yoluxan soyuqdəymə xəstəlikləri bundan ibarətdir".

A.Qeybulla hazırda əksəriyyət insanın əziyyət çəkdiyi soyuqdəymədən necə qorunmaq lazım olduğunu da bildirdi. Professor insanların ilk öncə yeməyinə və geyiminə diqqət etmələrinin vacibliyini vurğuladı: "İnsanlar hava dəyişikliyini nəzərə alaraq yeməklərinə və geyimlərinə diqqət etməlidir.

Bəzən görürük ki, gün çıxır və nazik geyinirik. Bu da soyuqdəymə və toxumaların immunitetinin zəifləməsi, həmin mikrobların oradakı fəallaşmasına və toxumaların baryer funksiyasını pozaraq xəstəlik törətməsinə gətirib çıxarır. Hesab edirəm ki, vitaminlərlə zəngin qidaların qəbulu, qış vaxtı adekvat geyinmək, uzun müddət soyuqda qalmamaqla soyuqdəymədən mümkün qədər qorumaq və onun qarşısını almaq olar. Həmçinin artıq soyuqdəyməyə yoluxmuş şəxslərlə təmasda olmaqdan da qaçmaq lazımdır. Bunun üçün qoruyucu maskalardan istifadə etmək lazımdır.

Artıq soyuqdəyməyə yoluxan şəxsləri də yaxşı olar ki, işlədiyi yerdən müalicə alana qədər azad etsinlər. Çünki bu şəxslər yataq rejimində daha tez sağala bilərlər. Soyuqdəyməyə yoluxan şəxslər ev şəraitində çoxlu maye qəbul etməli, mürəbbəli çay içməlidir. Xalq təbabətinin də imkanlarından istifadə etmək olar. Həkim müalicəsi də olmalıdır. Həkim müalicəsi isə orqanizmi möhkəmləndirən vitaminlərdən ibarətdir".

Tarix
2015.01.20 / 09:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla