Yuxarı

“Bircə xalq artisti qalmışdı, onu da çıxarıb atdılar” – “Moşu”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər hansı bir işçi işdən azad olunanda ona müqavilə təklif olunmalıdır. Əgər razılıq olsa, onunla dərhal müqavilə əsasında işləmək olar".

Bu sözləri Axar.az-a açıqlamasında "Bəxt üzüyü" filmindən Moşu obrazıyla tanıdığımız xalq artisti Valeh Kərimov Sumqayıt Dövlət Musiqili Dram Teatrından azad olunması ilə bağlı danışarkən deyib:

"Mən uzun zamandır, Sumqayıt teatrında çalışıram. Bu neçə ildə uğurlarım olub. Sumqayıt teatrında ilk Xalq artisti adı alan mən olmuşam. Hacı İsmayılov, Afaq Bəşirqızı, Ramiz Novruzov, Sabir Məmmədov kimi aktyorlar bizdə işləyib, ancaq adı başqa teatrlardan almışdılar. Sumqayıt teatrında işləyə-işləyə ad alan ilk aktyor isə mənəm. Məndən sonra iki nəfərə Xalq artisti adı verilmişdi. Məncə, bir teatrda adı, tamaşaçılar arasında hörməti olan aktyorun çalışması həmin teatrın yalnız xeyrinədir. Sumqayıt teatrında yeganə Xalq artisti mən qalmışdım. Məni də çıxardıb atdılar".

Xalq artisti bu addımı özünə hörmətsizlik hesab etdiyini deyib:

"İşdən azad olunanda mənə dedilər ki, get, özümüz çağıracağıq. Müqaviləni dərhal da bağlamaq olardı. Bunu özümə hörmətsizlik hesab edirəm".

Əməkdaşımızın "Fəaliyyətinizi harada davam etdirəcəksiniz" sualına cavab olaraq V.Kərimov bildirdi ki, hələ başqa bir yerdən təklif almayıb:

"Əgər teatrlardan birindən təklif gəlsə, məmnuniyyətlə qəbul edərəm. Çünki hələ də təzə rollar oynamaq arzusundayam".

Qeyd edək ki, Valeh Kərimov yanvarın 16-da qanuni şəkildə işdən azad olunub. Prezidentin fərmanına əsasən, yaşı 65-dən yuxarı olanlar işdən azad olunurlar. Sadəcə, fəxri adı olanlar 70 yaşına kimi işdə saxlanılırlar. Əgər işçi xüsusi iş qabiliyyəti ilə seçilərsə, həmin yaşdan sonra müqavilə əsasında işləyə bilər.

Tarix
2015.01.22 / 11:21
Müəllif
Səbuhi Vaqifoğlu
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla