Yuxarı

Azərbaycanlı aktyor sözünü dəyişdi – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim qorxum "cənab prezident gəlib qulağımdan tutub həbsə atacaq" qorxusu deyil".

Axar.az xəbər verir ki, Azərbaycan əsilli türkiyəli aktyor Tamer Qaradağlı bir neçə gün bundan əvvəl açıqlama verərək AKP hökuməti ilə bağlı tənqidi fikirlər səsləndirsə də, bu gün dediklərini təkzib edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı dediyi "ondan qorxuram" sözlərinə aydınlıq gətirib.

Qaradağlı ictimaiyyətdə səs-sədaya səbəb olan açıqlamalarından 3 gün sonra Ölkə TV-yə danışaraq "qorxuram" deməyinin səbəbini açıqlayıb:

"Mənim qorxum "cənab prezident gəlib qulağımdan tutub həbsə atacaq" qorxusu deyil, mən ölkəmin ümumi vəziyyətindən qorxuram. Nəsə söz dediyimə görə mənə "paralelçi" damğası yapışdırılmasını istəmirəm. Hörmətli prezidentimiz nə demişdi: "Sənətçilərimiz cəsarətli olsunlar". Mən də cəsur davranaraq "qorxuram" dedim. Elə hər şeydən qorxan adam olsaydım, bura çıxıb bu suallara cavab verə bilməzdim. İstədiyim özümü rahat ifadə edə bilməkdir".

Aktyor Prezident Ərdoğan haqqında bu fikirləri səsləndirib: "Məndən də qorxurlar, məsələn, təzə seriala başlayanda "Tamer abi, səni tanımamışdan əvvəl səndən çox qorxurduq. Niyəsini soruşanda "Abi, sən asıb-kəsən adama oxşayırsan, həmişə ciddi olursan", deyirlər. Qardaş, nə dəxli var, mən də sizin kimi adamam, deyirəm. Bəlkə mən də prezidenti elə çox sərt, heybətli, əsəbi görüb yanılıram. Mənim dediklərim sadəcə şəxsi fikirlərimdir, tənqid yox. Müsbət tərəfləri də görürəm, mənfi tərəfləri də. Bütün hallarda bu adam mənim prezidentimdir. Haqqında fikirlərimi səsləndirə bilərəm. Çıxışlarına baxanda jestlərinə, yerişinə, hərəkətlərinə, dediyi sözlərə fikir verirəm. Necə təsirli danışa bilir! Müdhiş natiqlik qabiliyyəti var. İnanılmaz xarizmatik liderdir. Kütlələri arxasınca apara bilmə gücü var. Bunlar çox əhəmiyyətli şeylərdir".

Gəzi parkı aksiyalarında iki dəfə iştirak etdiyini, hadisələrin "başqa yerə" yönəldiyini görəndə geri çəkildiyini deyən Qaradağlı qeyd edib: "İstanbula üçüncü deyil, dördüncü, beşinci körpü də lazımdır".

Paralelçi olmaqda günahlandırılmaqdan da qorxduğunu dilə gətirən aktyor son olaraq bu cümlələri deyib: "Paralel hökumət varsa, bundan hamı qorxmalıdır. Mən vətəndaş olaraq ölkəmdə belə bir şey ola biləcəyindən qorxuram. Uşaqlarım üçün qorxuram".

Tarix
2015.01.22 / 19:03
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla