Yuxarı

Xəzər TV üzr istədi: Aparıcılar cəzalandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər TV" rəhbərliyi bu gün efirə gedən "Hər şey daxil" verilişinin aparıcıları, əkiz bacılar Sevil və Sevincin Azərbaycan manatını cırması ilə bağlı açıqlama yayıb.

Publika.az-ın məlumatına görə, açıqlamada deyilir: "Xəzər televiziyası 2007-ci ildə "Ailənizin Xəzəri" devizi altında yayım fəaliyyətinə başlayıb. Fəaliyyətə başladığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy-kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir. Bu gün Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində arzuolunmaz hal baş verib.

Belə ki, aparıcı ifa etdiyi "Borc ver" mahnısının təsirində olaraq ifasını səhnələşdirmək istəyib və bu zaman qeyri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb. Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirib və bu addım qətiyyətlə pislənilib. Aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıblar. Baş verən hadisəyə görə üzr istəyirik".

Xatırladaq ki, bu gün Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində arzuolunmaz hal baş verib. Aparıcı ifa etdiyi "Borc ver" mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəyib və bu zaman qeyri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb.

Tarix
2015.01.23 / 17:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla