Yuxarı

Türk mediasından Veysəl Orucova dəstək - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Ləzgi məscidində təkfirçi fikirlərini təbliğ etdiyi iddia edilən vəhhabi Veysəl Orucova Türkiyə mediasından dəstək gəlib.

Axar.az xəbər verir ki, nə qədər qəribə də olsa, bu ölkənin vəhhabilərə qarşı olan mediası xəvaric olduğu və gizli şəkildə ərəb ölkələrinə tələbə göndərdiyi söylənən Orucova qahmar çıxıb.

"Timeturk.com.tr" internet portalı son günlər V.Orucov haqda yazılanları xatırladaraq məlumatları böhtan adlandırıb. Sayt V.Orucova hücumlar edildiyini yazıb.

Sitat: "Azərbaycan başda olmaqla, Qafqazda gənclərə islam dərsləri verən Veysəl Orucova qarşı İran tərəfindən dəstəklənən media tərəfindən kampaniya başlayıb. Bəzi media quruluşlarının elektron poçtuna Orucovun xəvaric olması haqda gələn məktubların yayımlanması özü tərəfindən də sərt etirazla qarşılanıb. Veysəl sosial şəbəkədə özü haqda yazılanları iftira adlandırıb. Orucov heç bir fakta söykənmədən məqalə yazıldığını bildirib".

Sayt yazıb ki, Orucov Mədinə İslam Universitetində təhsil alıb və 15 ilini elmə həsr edib:

"Hələ də Mədinədə yaşayan və elmi araşdırmalarını davam etdirən Orucov internet vasitəsi ilə Azərbaycan və Gürcüstandakı inanclılara fikirlərini çatdırır".

Tarix
2015.01.24 / 00:30
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla