Yuxarı

Avropada ölkəmizin filmindən yazıldı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şərqi Avropa film bülleteni" jurnalı rejissor Elvin Adıgözəl və Rüfət Həsənovun "Buqələmun" (2013) filmi haqqında geniş məqalə dərc edib.

Axar.az xəbər verir ki, yazının müəllifi məşhur tanınmış kino-tənqidçi Moritz Pfeiferdir.

Jurnal filmin rejissorlarının iddia etdiyi kimi, Azərbaycanın ilk müstəqil filmi olan "Buqələmun"un dünya kinosunda önəmli bir yerə sahib olmağından yazıb. Tənqidçi bu filmdə insanın kapitalizm sistemində necə göründüyünü və insan münasibətlərinin hansı formada olduğunu göstərir:

"Film Azərbaycan şəhərlərindən olan Göyçayda bir mənzil ətrafında maraqları toqquşan 3 gəncdən bəhs edir. Nicat bir az yaşayandan sonra kəndə gələrək ona babasından qalan evi satmaq istəyir. Yaşayış tərzi, dünya görüşlərindən tutmuş geyimlərinə qədər, bir-birindən kəskin fərqlənən üç gənci birləşdirən Nicatın babasından qalan evin satılması fonunda baş verən hadisələr birləşdirir.

Filmdə əsas qəhrəmanların təhsil, sinif, mədəniyyət fərqləri açıq-aydın nümayiş etdirilir. Qəhrəmanların danışıq tərzi də, yemək zövqləri, mədəniyyətləri də çox fərqlidir. Filmdə dünyagörüşləri arasında dərin uçurumlar olan üç gəncin sərvət arzularının eyni olduğu üzə çıxır. Filmdə sinif bərabərsizliyi qabardılaraq eyni dövrdə, eyni mühitdə yaşayan adamların sosial bərabərsizlik üzündən müxtəlif insanlara çevrilməsinə diqqət çəkilir. Kapitalizmin çirkin tərəflərinə işıq tutulur.

Bir neçə hekayə xətti üzərində birləşən filmdə hadisələr yavaş-yavaş baş verir. Getdikcə hadisələr axarına düşür, iki rejissor nəsillər arası münaqişə yaradan toqquşmanı məharətlə açmağa nail olur. "Buqələmun" filmi gördüyündən daha böyük diqqətə layiqdir".

Xatırladaq ki, "Şərqi Avropa film bülleteni" jurnalında rejissor Elçin Musaoğlunun "Nabat" filmi haqqında da məqalə yazılıb.

Qeyd edək ki, Moritz Pfeifer Azad Berlin Universitetində film, teatr və fəlsəfə üzrə təhsil alıb, Parisin Sorbonna Universitetini magistr dərəcəsi ilə bitirib. O, Şərqi Avropa kinosuna həsr olunan "Şərqi Avropa film bülleteni" jurnalının baş redaktorudur.

Jurnal 2015-ci ildə əsasən üç cənubi Qafqaz Respublikası – Azərbaycan, Ermənistan və Gürcüstan kinolarına diqqət ayıracaq.

Tarix
2015.01.24 / 01:45
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla