Yuxarı

“Qarabağ problemini bu ölkələr həll edə bilər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müxtəlif dövrlərdə həmsədrlərin dəyişdirilməsi məsələsi gündəmə gəlsə də, burada tərəflərdən daha çox şey asılıdır".

Bu sözləri Axar.az–a açıqlamasında Təhlükəsiz və Enerji Tədqiqatları Mərkəzinin rəhbəri, siyasi və beynəlxalq məsələlər üzrə ekspert Ceyhun Mahmudlu Dağlıq Qarabağ məsələsinin həlli baxımından gələcəkdə Almaniyanın həmsədrlik məsələsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, moderatorluq funksiyasını yerinə yetirən münaqişə tərəflərinin razılığı burada əsas rol oynayır:

"İlk növbədə münaqişənin digər prinsipial tərəfi odur ki, Ermənistan və Rusiya buna dəstək verməlidir. Ancaq Almaniyanın həmsədrlik məsələsi baş tutsa belə, bu, problemin həllinə konkret olaraq bir təsir göstərməyəcək. Bu, məsələni sadəcə olaraq müzakirə halına çıxara bilər. Çünki həmsədrlik-moderatorluq institutunun özü ciddi şəkildə hüquqi baxımdan funksionallığa malikdir. Almaniyanın fərdi funksiyasının Rusiya ilə müqayisəsini nəzərə aldıqda onun həmin regiona təsir etmə imkanı zəifdir. Buna görə də Almaniyanın bu məsələdə ciddi rol alacağını düşünmürəm. 18 ildən artıqdır ki, davam edən bu uğursuz sistem indiyə qədər münaqişənin həllində heç bir irəliləyişə nail ola bilməyib. Buna görə də indi Almaniyanın həmsədrlik məsələsi nəticəsiz qalacaq".

Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hegemon güclər heç bir zaman həlledici rol oynamayacaqlar:

"Buna görə də bu gün vasitəçilərin üçüncü dünya ölkələrindən seçilməsi çox böyük önəm daşıyır. Çünki böyük güclər münaqişənin həllində bu rolu effektli oynaya bilmirlər. Moskva Qarabağ münaqişəsinin həllindən çox öz maraqlarını düşünür. Almaniya da eyni şəkildə. Bu gün Almaniya böhrandan çıxan ən güclü dövlətdir. Hətta ehtimal olunur ki, Almaniya gələcəkdə daha nəhəng bir hegemon gücə çevriləcək. Məhz bu aspektdən də belə hegemon güclərin Qarabağ probleminin həllində müsbət rol oyanacağına inanmıram. Onu da qeyd edim ki, AB öz təhlükəsizliyi baxımından sərhədləri ətrafında münaqişənin əleyhinədir. Məsələyə bu aspektdən yanaşılması daha real görünür".

Xatırladaq ki, Prezident İlham Əliyevin Berlinə səfəri çərçivəsində xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ölkəsinin münaqişənin həllində vasitəçi olmaq istədiyini bildirib.

Tarix
2015.01.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla