Yuxarı

Bağlanan banklardakı əmanətlər necə olacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mərkəzi Bank bu haqda məlumat yaymamaqla əhalidə ajiotaj və panika yaratmaq istəmir".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-alim Natiq Cəfərli bağlanacaq bankların taleyinə aydınlıq gətirərkən deyib. İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın (MB) məlum hadisələrlə bağlı əhalini məlumatlandırmaması narahatlıq və inamsızlıq yaradır:

"Gözlənilən isə bağlanmaq ehtimalı olan bankların məcmu kapitalını 50 milyon manata çatdıran böyük banklarla birləşməsidir. Danışıqlar gedir və yəqin ki, MB danışıqların bitməsini gözləyir. Müzakirələr bitdikdən sonra MB bu barədə dəqiq məlumat verəcək. Əgər belə olarsa, bu, düzgün addım deyil. MB vaxtaşırı olaraq məlum hadisə ilə bağlı ətraflı məlumat verməklə gözləntiləri azalda və əhalidə rahatlıq yarada bilər. Təəssüf ki, MB susmağa üstünlük verir".

İqtisadçı bildirib ki, banklarda olan əmanətlər sığortalanıbsa, heç bir problem olmayacaq:

"Sığorta fondu əmanətlərin geri qaytarılması prosesini həyata keçirəcək. Amma əsasən 30 min manata qədər olan əmanətlər sığortalanıb. 30 min manatdan çox olan əmanətlərə isə sığorta düşmür. Sözügedən banklarda 30 min manatdan çox əmanət varsa, o əmanətlərin taleyi qeyri-müəyyən olaraq qalacaq və çox güman ki, məsələ hər hansı bir siyasi qərarla həll oluna bilər".

Xatırladaq ki, MB-nin bankların məcmu kapitalının 50 milyon manata çatdırılması ilə bağlı kommersiya banklarına verdiyi son vaxtdan artıq 23 gün keçir. Bu öhdəliyi yerinə yetirməyən 5 bank barədə məlumat verilsə də, bankların adı hələ də açıqlanmayıb.

Tarix
2015.01.24 / 11:39
Müəllif
Hüseyn Valeh
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla