Yuxarı

ABŞ konqresmenindən 20 Yanvar bəyanatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Kohen 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

AzərTAc xəbər verir ki, konqresmen 1990-cı il yanvarın 20-də keçmiş SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş sovet ordusunun Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq məqsədilə dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini, nəticədə aralarında qadın və uşaqların da olduğu 140-dan insanın öldürüldüyünü, habelə yüzlərlə insanın yaralandığını və itkin düşdüyünü bildirib. Konqresmen bu hadisəni həm də kommunist rejiminin çökməsinin qarşısını almaq məqsədilə SSRİ-yə daxil olan digər respublikalardakı müstəqillik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirib.

S.Kohen sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, 20 Yanvar hadisəsinin Azərbaycan xalqını daha da birləşdirdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan edib.

Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini, ölkədə demokratik dəyərlərin və azad bazar iqtisadiyyatının bərqərar olduğunu qeyd edib.

Tarix
2015.01.24 / 12:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla