Yuxarı

İtaliyalı jurnalistlər ermənilərin "qara siyahı"sına düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın "İl Giornale" qəzetində Azərbaycanla bağlı həqiqətləri İtaliya ictimaiyyətinə çatdıran yerli jurnalistlərin erməni icması tərəfindən "qara siyahı"ya salınmasını pisləyən məqalə dərc edilib. Məqalənin müəllifi Alessandro Qrando Parisdə baş vermiş terror aktlarından, "Charlie Hebdo" satirik jurnalının dinlərarası münaqişənin daha da gərginləşməsinə yönələn fəaliyyətindən bəhs edib, Ermənistan diasporunun rəsmi saytında yerləşdirilmiş "qara siyahı"ya münasibət bildirib.

AzərTAc xəbər verir ki, yazıda diqqətə çatdırılır ki, Ermənistan hökuməti erməni icmasının vasitəsilə Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirən italiyalı jurnalistləri "qara siyahı"ya salıb. Müəllif yazır: "Sadəcə müxtəlif fikirlərə sahib olduğu üçün "qara siyahı"ya düşən jurnalistlər var. Bunun son nümunəsini Ermənistan Diaspor Nazirliyinin dəstəyi ilə yayılan "Akhtamar" onlayn bülletenində görmək mümkündür. Erməni icması bu bülletendə türklərin, xüsusilə azərbaycanlıların haqlı mövqeyini müdafiə etməyə cəsarət edən jurnalistləri "qara siyahı"ya salacaqlarını" bildirirlər. Belə çıxır ki, Azərbaycanın siyasətini yüksək qiymətləndirənlər "dəhşətli cinayətkarlar"dır. Həmin portal Azərbaycan həqiqətlərini İtaliya ictimaiyyətinə çatdırmaq istəyən, eləcə də bu ölkə ilə bağlı müxtəlif xəbərlər hazırlayan jurnalistləri hədəfə alaraq onları düşmən adlandırır".

Müəllif vurğulayır ki, həmin "qara siyahı"da jurnalistin adı ilə yanaşı, onun əlaqə telefonu, elektron poçt ünvanı da qeyd olunub: "Beləliklə jurnalistin fəaliyyətini dayandırmaq arzusunda olan şəxslər onu daha asanlıqla tapa bilərlər".

A.Qrando "Akhtamar" portalının bu addımını İtaliyanın daxili işlərinə qarışmaq kimi qiymətləndirir. Bildirir ki, bu portalı idarə edənlər Azərbaycanla bağlı həqiqətlərin fərqində olan jurnalistləri "qara siyahı"ya salmaqla onları mühakimə etmək və cəzalandırmaq hüquqlarının olduğunu zənn edirlər.

Jurnalistlər üçün bu cür "qara siyahı"ların yaradılması faktını tənqid edən A.Qrando sonda əlavə edib ki, belə halların baş verdiyi müddətdə söz və mətbuat azadlığı prinsiplərini dəstəkləyən beynəlxalq konfransların və digər tədbirlərin təşkili mənasızdır.

Tarix
2015.01.24 / 14:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla