Yuxarı

"Koka-kola" içkiləri bahalaşdı - Qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən sərinləşdirici içkilərin bahalaşması qərarı qüvvəyə minib.

Axar.az xəbər verir ki, Avropa Yay Oyunlarının reklamçısı olan "Azərbaycan Coca-Cola Bottlers" MMC itkilərini kompensasiya etmək üçün qərarını dəyişmədi.

Şirkətin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiyməti yanvarın 24-dən etibarən 10-20 qəpik bahalaşıb.

Benzinin qiyməti ilə eyni gündə bahalaşan "Koka-kola" məhsullarının qiymətininin düşəcəyi gözləntiləri özünü doğrultmadı.

Artıq mağazalarda bu içkilər aşağıdakı şəkildə bahalaşıb:

- 0,5 lt plastik qabda qablaşdırılan "Cappy" içkisi 60 qəpikdən 70 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Fuse tea" içkisi 60 qəpikdən 70 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Burn" içkisi 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisi 20 qəpikdən 25 qəpiyə

- 2 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisi 50 qəpikdən 60 qəpiyə

- 5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazsız) içkisi 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırıldı.

Tarix
2015.01.24 / 15:18
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla