Yuxarı

Bakıdan Rusiyaya ixrac niyə azalıb? - Statistika

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə Azərbaycandan MDB ölkələrinə ixrac əməliyyatlarının həcmində kəskin azalma müşahidə olunub.

Axar.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, əməliyyatların həcmi illik 44,5% azalaraq 838,1 mln. dollar təşkil edib.

Hesabat dövründə MDB ölkələrindən Azərbaycana idxal həcmində də azalma müşahidə edilib. İdxalın həcmi 18,4% azalaraq 2,083 mlrd. dollar olub. Beləliklə, MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu illik 19,3% artaraq 1, 245 mlrd. dollar təşkil edib.

MDB ölkələrinə ixracın 640,3 mln. dolları və ya 76,4%-i, idxalın isə 63,1%-i və ya 1,315 mlrd. dolları Rusiya Federasiyası ilə ticarət əməliyyatlarını əhatə edib. Ötən il ərzində Rusiyaya ixracda illik 40,6%, idxalda isə 12,7% azalma müşahidə edilib.

Qeyd edək ki, 2014-cü ildə 150 ölkə ilə ticarət edən Azərbaycanın ticarət dövriyyəsi illik 10,58% azalaraq 31,016 mlrd. ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 21,829 mlrd. dolları ixrac, 9,188 mlrd. dolları isə idxal əməliyyatlarının payına düşüb. Beləliklə, ticarət dövriyyəsində 12,641 mlrd. dollar həcmində müsbət saldo yaranıb.

İxrac əməliyyatlarının bu qədər azalmasına səbəb isə ilk növbədə Rusiyada yaşanan böhran və sanksiyalarla bağlıdır.

Tarix
2015.01.24 / 17:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla