Yuxarı

KİV: Kreml prezidenti istefaya göndərir, Kadırovu isə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Dağıstanın rəhbəri postunda dəyişiklik edəcəyi barədə mediada xəbərlər yayılıb.

Axar.az xəbər verir ki, artıq respublika dairələrində Ramazan Abdulatipovun istefaya göndəriləcəyi barədə şaiyələr dolaşmaqdadır.

Putinin əmri ilə Dağıstanın yeni dövlət başçısının Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə daimi nümayəndəsi Sergey Məlikov olacağı bildirilir.

Putinin bu dəyişikliyinin arxasında Dağıstanın hökumət dairələrində korrupsiya hallarının artması və klanlararası mübarizəyə son qoymaq olduğu güman edilir.

Bildirək ki, son iki ildə Abdulatipovun başqası ilə əvəzlənəcəyi barədə söz-söhbətlər Dağıstanda çoxalıb və hər dəfə yeni şayiə dalğasından sonra Ramazan Abdulatipov KİV-lərin yardımı ilə öz siyasi çəkisinə kölgə salmaq istəyənlərə müxtəlif formalarda təzyiqlər edir.

Artıq rəsmi Kreml yeni təyinat barədə ilk addımlarını da atıb. Belə ki, yanvarın 12-də Sergey Məlikov Abdulatipovun vəzifədən göndəriləcəyi barədə qərarı açıqlamaq məqsədilə Mahaçkalada Şimali Qafqaz respublikalarının rəhbərlərini toplayıb. Sözügedən görüşdə Çeçenistan Prezidenti Ramzan Kadırov istisna olmaqla regionun bütün liderləri iştirak edib.

Lakin Məlikov görüşdə Abdulatipovun vəzifədən kənarlaşdırılacağı ilə bağlı danışmayıb. O, respublikaların Şimali Qafqaz Federal Dairəsinə inteqrasiyası barədə söz açıb və daha sonra Abdulatipovun qardaşı, Rusiya Federal Miqrasiya İdarəsinin Dağıstan nümayəndəsi Rəcəb Abdulatipovun həbsindən danışıb.

Hazırda yenidən Dağıstanda iqtidarın dəyişməsinin mümkünlüyündən və Sergey Məlikovun təyinindən bəhs edilir. Görünən odur ki, sadəcə Sergey Məlikovdan başqa bu posta uyğun namizəd yoxdur. Çünki Dağıstan xalqı respublika rəhbərliyində yerli elita ilə əlaqəsi olmayan yeni sima görmək istəyir və Putinin bu qərarı Dağıstan cəmiyyətinin ehtiyaclarına cavab verir.

Onu da bildirək ki, Məlikov hazırkı mövqeyinə öz əməyi və intellekti sayəsində çatıb. Onun Dağıstandakı məşhurluğu xüsusilə atasının etnik ləzgi kimi tanınmasından irəli gəlir.

Lakin sözügedən təyinatın müvəqqəti olaraq təxirə salınmasının digər bir gizli səbəbi var. Məlikovun Dağıstan prezidentliyinə göndəriləcəyi təqdirdə Şimali Qafqaz Federal Dairəsinin rəhbərliyi kimə tapşırılacaq?

Yerli dərgilər bu posta ən uyğun namizəd kimi Çeçenistan Prezidenti Ramzan Kadırovu göstərir. Çünki Kadırov Çeçenistanda əldə etdiyi nailiyyətlərlə Putinin etimadını qazana bilib və eyni zamanda bölgəyə yaxşı bələddir.

Sergey Məlikov Dağıstana prezident təyin edilərsə, Rusiyanın ən isti bölgələrindən birində asayişin öhdəsindən gələcəyi və Qərbin geosiyasi oyununda mühüm silah olan bu bölgənin Kremlin nəzarətindən çıxmasına imkan verməyəcəyi ehtimal olunur. Növbəti şayiə təsdiqini tapacaq və yaxud təkzib olunacaq?

Bunu yaxın vaxtlarda görəcəyik.

Tarix
2015.01.24 / 22:30
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla