Yuxarı

Qız 9-dan sonra evə gəlirsə…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütlə psixologiyası, ictimai rəy və azad cəmiyyət!

Bu üç anlayış bir-biri ilə sıx bağlıdır. Hərçənd birincisi pis, ikinci və üçüncüsü isə bəyənilən və arzu olunan şeylərdir. Bununla belə, kütlə psixologiyası ilə ictimai rəy bir-birinə çox bənzər və yaxındır. Aradakı fərq isə odur ki, kütlə psixologiyası az gəlişmiş və avtoritar rejimlərə məxsus olduğu halda ictimai rəy azad cəmiyyətlərdə hökumət siyasətində təsiredici vasitədir.

Mənim bu yazı ilə məqsədim də oxucuları kütlə psixologiyasının qurbanı olmaqdan xilas etməkdir.

Kütlə psixologiası nədir?

Bu - öz şəxsi fikri və dəyərləndirməsi olmadan, ona bu imkanlar tanınmadan, "yuxarıdan", ya da cəmiyyətdə təsir qrupları tərəfindən vətəndaşa və ümumiyyətlə, xalqa kollektiv dəyərlərin sıranmasıdır. İcitmai rəy fərqlidir; cəmiyyət üçün əhəmiyyət kəsb edən hadisələr haqqında sosial qrupların nə düşündüyü və bunların necə həllinə tərəfdar olduqlarına dair mülahizələri ictimai rəyi təşkil edir.

Bunlardan danışanda medianın rolunu də xüsusilə vurğulamalıyıq. Çünki media həm kütlə psixologiyasının, həm də ictimai rəyin formalaşmasında kilid rol oynayır. Xalqa və vətəndaşa çatmanın və ona fikir təlqin etmənin əsas vasitəsi mediadır. Medianın bu rolu istər avtoritar cəmiyyətlərdə, istər də demokratiyalarda öz əhəmiyyətini qoruyur. Sadəcə olaraq, avtoritar rejimlərdə media tək yönlü propaqanda apardığı halda, demokratik rejimlərdə müxtəlif fikirlik yayır, vətəndaşın də bu müxtəlif fikirlər arasında bəyəndiyi, həqiqətə və dünyagörüşünə daha uyğun düşənləri seçmə imkanı olur.

Kütlə psixologiyasının formalaşmasında sədəcə ekranlardan oxuduğumuz xəbərlər həlledici olmur. Məşhurların, ağsaqqalların, siyasətçilərin fikirlərinin, hətta göstərilən reklamlar, TV serialların vətəndaşın istehlakçı, əyləncə düşkünü, şovinist, ya da əqidəsiz insan kimi formalaşmasında böyük rolu vardır.

Məsələn, geniş istehlak kredit imkanları konkret malların reklamı ilə birləşincə, bu, insanların imkanı çatmayan şeyləri alaraq borçlanmalarına, istehlakçı toplumu formalaşdırmağa səbəb olur. Dəbin təsirini görmək mümkündür - birdən hər kəs qırmızı, ya da mavi rəngə bürünür, uzunburunlu narahat ayaqqabı geyinir…

Kütlə psixologiyası ilə yan-yana gedən bir factor - stereotiplərdir. İctimai stereotiplər məhz kütlə psixologiyasının güclü olduğu cəmiyyətlərdə olur. Məsələn, "qız uşağı axşam 9-dan sonra evə gəlməz" kimi stereotip belə davranmayanlar haqqında pis düşünməyə və çoxluğun gözündə qınanmaya səbəb olur. Bu hal açıqça izah edir ki, kütlə psixologiyasının qurbanı olmamaq üçün, kor-kor stereotiplərin peşindən gedilməməli, ətrafında gördüyün hadisələrə şübhə və sorğulama ilə yanaşılmalıdır. Hər bir hadisənin təsir göstərdiyi maraq sahibləri var, bunları təhlil etmədən özümüzü könüllü şəkildə manipulyasiyaya təslim etmiş oluruq.

Kütlə psixologiyasının subyekti, ətrafda gördüklərinə verdiyi sual "nə" formasında olduğu halda, ictimai rəyin yaradıcısı olan vətəndaş "nə" sualından sonra "niyə" sualını soruşaraq, necə olacağını da düşünür və hansı təsirə məruz qala biləcəyini hesablayır. Kütlə psixologiyasının düşməni məsuliyyətli və şüurlu vətəndaşdır.
Əslində, ətrafımızda gördüyümüz hadisələrin çoxu bizdən ötüşüb keçmir, dolaylı formada, ya da daha sonra bizə təsir edir. Qonşuluqda baş verən bir zorakılıq halı uşaqlarınızın tərbiyəsinə pis təsir göstərdiyi kimi, oğrunun cəzasız qalması da bir gün sizin onun qurbanı ola biləcəyiniz mənasına gəlir.

İctimai rəyə gəldikdə: o, demokratik cəmiyyətlərin və vətəndaş cəmiyyətinin vacib ünsürüdür. İctimai rəyi nəzərə almaq demokratik hökumətlərin legitimlik sertifikatıdr. Bununla belə, ictimai rəyi yönləndirmək, şəkilləndirmək mümkündür. Məsələn, Buş hökuməti, saxta 9/11 tragediyası ilə belə bir ictimai rəy yaratdı ki, ABŞ mütləq İraq və Əfqənistanda terrorçularla müharibə aparmalıdır.

Daha əvvəl qeyd etdiyim kimi, bəzən ictimai rəy də kütlə psixologiyasının bir təzahürü kimi qarşımıza çıxa bilər: məsələn, qonşu Ermənistanda media, hökumət və sənət dünyası erməni xalqına uydurur ki, Dağlıq Qarabağ onların torpağı olub və nəyin bahasına olursa olsun, işğaldan azad edilməməlidir. Beləliklə, ermənilərin çoxu özünə bu sualı soruşa bilmir: Azərbaycanla müharibə vəziyyətində olmaq bizə nə qədər xeyirlidir?

Yaxud rus vətəndaşı: Putinin və pro-Putin mediasının təbliğatı nəticəsində özü özünə deyə bilmir ki, zatən Rusiya dünyanın ən böyük dövlətidir; bizə heç bir xeyri dəyməyən Krıma görə bu qədər ziyana düşməyimiz nə qədər məntiqlidir?

İctimai rəy şəxslərin mənfəət və ambisiyalarını yox, vətəndaş və cəmiyyətin problemlərinin müsbət həllinə yönəlməlidir.

Deməli, bizə düşən eşitdiyimiz hər şeyə inanmadan, aldığımız məlumatı öz ağıl və vicdan tərəzimizlə ölçüb, sonradan həmin məlumatlara dəyər mühakiməsini tətbiq etməkdir. Düzdür, qıt ağılı, təcrübəsiz və dar dünyagörüşü olan insan bunu bacara bilməz, amma ən azından belə insan da fəqli düşüncələrə nəzər salaraq, daha obyektiv yol tapa bilər. Başqa sözlə, ağılın aciz qaldığı hadisələrdə yol göstərən müxtəlif fikirlərdir. Bu səbəblə orta əsr teokratik monarxiyalardan başlayaraq, fərqli düşüncəni boğma həmlələri avtoritar və totalitar cəmiyyətlərdə də ənənə formasını aldı - SSRİ buna parlaq bir misal idi.

Fərqli düşüncədən qorxmayın, o özünüzə kənardan baxma imkanı verəcəkdir. Fərqli düşüncə sintezin yaranmasında "anti-tezisin" başqa adıdır. Azad cəmiyyət bərqərar etmək istəyiriksə, müxtəlif (keyfiyyətsiz orta təhsil, tibbi siğortanın olmaması) problemlərə yönələn sağlam ictimai rəy formalaşdırmaq hər bir vətəndaşın borcu olmalıdır.

Sözü uzatmadan burda kəsəcəm: gördüyünüz və ciddi saydığınız problemlər haqqında yazın - dövlət orqanlarına ərizə, media qurumlarına şikayət, sosial şəbəkələrdə xəbər kimi. Qoyun sizə "demaqoq" desinlər, halbuki siz sülh zamanında bir qəhrəman əsgər olacaqsınız. Murov dağındakı əsgər vətən torpağını qorumaqda nə deməkdirsə, Bakının təmiz havası üçün mübarizə aparanlar da o qədər yararlıdır.

Salam olsun vətən övladlarına!

Tarix
2015.01.25 / 10:00
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla