Yuxarı

Astarada avtomobil qaz borusuna çırpıldı: ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 24-də axşam Ələt-Astara magistralının 233-cü kilometrliyində, yolun rayonun Ərçivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayonunun Degədi kənd sakini, 28 yaşlı Elçin Firudin oğlu Qasımovun idarə etdiyi VAZ-2106 markalı, 07 BC 683 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq aşıb, əvvəl yolun kənarındakı şam ağacına, sonra isə qaz borusuna çırpılıb.

Avtomobilin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, qaz borusu isə sıradan çıxdığından Ərçivan qəsəbəsinə mavi yanacağın verilməsində fasilə yaranıb.

Avtomobil isə bir neçə yerə bölünüb.

İlkin versiya kimi hadisənin avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi ehtimal olunur. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2015.01.25 / 12:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla