Ana səhifə Planet |
Almaniya şirkətlərinin uzun müddət Suriyaya kimyəvi silah istehsalında yardım etdikləri üzə çıxıb.
Axar.az xəbər verir ki, Almaniya şirkətlərinin Bəşər Əsədə
yardım etmələri barədə sənədlər də var. "Şpiqel" ("Spiegel")
jurnalı Suriya Prezidenti Bəşər Əsəd və atası Hafiz Əsədə 30 il
boyunca dünyanın ən böyük kimyəvi mərmilərini istehsal etmələri
üçün alman şirkətləri tərəfindən yardım edildiyini yazıb.
Suriyaya yardım edən alman şirkətlərinin siyahısı 16 aydır Almaniya
Baş naziri Angela Merkel və Baş nazir müavini Siqmar Qabrielin
masasında olduğu da iddialar arasındadır. Bu siyahının Almaniya
hökumətinə 2013-cü ildə Nobel sülh mükafatına layiq görülən
və ötən il BMT ekspertlərinin Suriyadakı kimyəvi silahları məhv
etməsinə yardım göstərən Kimyəvi Silahların Qadağan Edilməsi
Təşkilatı tərəfindən verildiyi qeyd olunub.
Siyahının Almaniya hökuməti tərəfindən "məxfi" olaraq
dəyərləndirildiyi və bu adların açıqlanmasının isə ölkənin xarici
siyasətinə zərər verəcəyi bildirilir.
Tarix
2015.01.25 / 12:37
|
Müəllif
Pərviz Həsənov
|