Yuxarı

Turqut Özal işindəki yeni qərar Türkiyəni qarışdırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş Prezidenti Turqut Özalı zəhərləməkdə şübhəli bilinən general Ləvənt Ərsözə Ankara Məhkəməsində açılan cinayət işinin ləğv edilməsi qalmaqala səbəb olub.

Axar.az xəbər verir ki, mərhum prezidentin həyat yoldaşı Səmra Özal və oğlu Əhməd Özalın vəkili məhkəminin qərarından apelyasiya şikayəti verib.

Apelyasiya şikayətində Özalın sui-qəsd nəticəsində öldürülməsi iddiaları üzərində dayanılıb və PKK lideri Abdullah Öcalanın da açıqlamaları sübut kimi təqdim olunub.
"Abdullah Öcalan belə Turqut Özalın ölümünü sui-qəsd kimi dəyərləndirib. Məhkəmənin əvvəlindən bəri bəhs etdiyimiz çirkin əməl – sui-qəsd Abdullah Öcalanın da dediyi kimi, tamamilə siyasi və ideoloji məqsədlərlə həyata keçirilib", - şikayətdə bildirilib.

Qətldə şübhəli bilinən Ləvənt Ərsözün vəkili Hulusi Şahin də Özal ailəsinin apelyasiya şikayətinə cavab hazırladıqlarını bildirib:

"Bu məhkəmənin açılması Silahlı Qüvvələrimizi gözdən salmaq niyyətinin bir parçasıdır. İddianamə hazırlanarkən mərhum Özalın həyat yoldaşı Səmra Özal tərəfindən zəhərlənməsi ilə bağlı iddialar çıxarılaraq, yeganə şübhəli kimi təqaüddə olan generalın göstərilməsi fikirlərimizin həqiqi olduğunu sübut edir. Minlərlə insanın ölümündə günahlandırılan Abdullah Öcalanın açıqlamaları sübut kimi göstərilir. Beləliklə, Dövlət Nəzarət Qurumunun hesabatı, Baş Qərargah və Jandarm Baş Komandanlığının yazıları, Tibbi Ekspertiza Qurumunun hesabatları, ciddi rəsmi şəxslər tərəfindən hazırlanan istintaq sənədləri əsassız sayılır, amma terrorçu olaraq tanınan məhkumun bəyanatına etibar olunur".

Tarix
2015.01.25 / 16:06
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla