Yuxarı

SOS: Hər il milyonlarla adam bundan ölür

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, hər il dünyada 70 yaşından aşağı 16 milyon insan qeyri-yoluxucu xəstəliklər səbəbi ilə vaxtsız dünyasını dəyişir.

Axar.az xəbər verir ki, bu xəstəliklər dünyada ölüm hallarının 63 faizini təşkil edir. Təşkilatın hesabatında deyilir ki, milyonlarla insanın əsas ölüm səbəbi ürək, ağ ciyər xəstəlikləri, iflic, xərçəng və diabetdir.

Ümumdünya Səhiyyə Təşkilatı tütün, spirtli işçilər, qeyri-sağlam pəhriz və fiziki fəaliyyətsizliyi əsas faktor kimi göstərir. Həyat tərzini dəyişməklə vaxtsız ölümlərə mane olmaq mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatı 2013-cü ildə qlobal hərəkət planı təsdiq edib. Plan vaxtsız ölümlərə mane olunması məqsədi daşıyır. Sənəddə 2025-ci ilədək ölüm hallarının azaldılması qarşıya məqsəd qoyulub.

Ümumdünya Səhiyyə Təşkilatı çox az investisiya yolu ilə xəstəliklər və ölüm hallarının qarşısının alına biləcəyini bildirir. Ölüm və xəstəliklərin qarşısını almaq üçün qlobal illik xərc 11.2 milyard dollar təşkil edir. Əks təqdirdə 2011-2025-ci illər arasında veriləcək itki 7 trilyon olacaq.

Tarix
2015.01.25 / 18:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həll olunması bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla