Yuxarı

Aktyor-jurnalist cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Teatrının direktoru Yadigar Muradovun Oda Teatrının direktoru, jurnalist Elmin Bədəlova və Oda Teatrına qarşı açdığı məhkəmə iddiasına yanvarın 16-da baxılıb və yekun qərar verilib.

Bu barədə Axar.az-a teatrın direktoru Elmin Bədəlov məlumat verib.

Aktyor məhkəmə qərarı onlara veriləndən sonra Apelyasiya Məhkəməsinə şikayət edəcəklərini bildirib: "Məhkəmədən mənə bildirdilər ki, Yadigar Muradovun mənə və Oda Teatrına qarşı qaldırdığı iddia təmin edilib. Ancaq onlar iddianın qismən, yaxud tam təmin olunduğu barədə heç bir məlumat vermədilər. Halbuki məhkəmə ekspertizasının rəyi mənim xeyrimə idi, lakin hakim əleyhimə qərar çıxarıb. Üstəlik də hakim mənə telefonda deyir ki, biz məhkəmənin hansı qərar çıxardığı barədə sizə məlumat verməyə borclu deyilik. Halbuki bu mənim və teatrım haqqında qərardısa, bu qərardan xəbər almaq haqqım, hüququm var. Üstəlik məhkəmə qərarı bizə verilmir ki, qərardan apelyasiya şikayəti verək".

Qeyd edək ki, proses Biləsuvar Rayon Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə keçirilib. Yadigar Muradov Elmin Bədəlovu bir neçə ay bundan öncə Elitar.az saytında yayımlanan yazıya görə məhkəməyə verib və ondan 20.000 manat tələb edir, eyni zamanda, şərəf və ləyaqətinin təhqir olunduğunu deyir. Bir neçə ay sonra həmin iddiaya Oda Teatrının da adı əlavə olunub. Lakin məhkəmə ekspertiziyası həmin yazıda təhqir elementlərinin olmadığını aşkarlamışdı. Yadigar Muradov Elmin Bədəlovun ondan üzr istəməsini tələb edir.

Tarix
2015.01.28 / 01:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla