Yuxarı

“İpoteka kreditlərində dəyişiklik ediləcək”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ola bilsin ki, Tədbirlər Planında dəyişiklik edilsin".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" proqramı çərçivəsində görüləcək işlərdən danışarkən dedi. Millət vəkilinin sözlərinə görə, yaxın zamanlarda gənclərin sosial problemlərinin həlli ilə bağlı addımlar atılacaq:

"Milli Məclisdə gənclərlə bağlı həmişə müzakirələr aparılıb. Bura xüsusilə ipoteka kreditlərinin verilməsi, gənclərin evlə təmin olunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması və s. aiddir. Bu müzakirələrdə biz həmişə çalışırıq ki, gənclərin normal yaşaması, normal fəaliyyət göstərməsi üçün məsələlər qanunlarda öz əksini tapsın. Bu barədə son zamanlarda da Milli Məclisdə müzakirələr aparılıb".

Qeyri Hökumət Təşkilatlarında (QHT) çalışan gənclərin də sosial problemlərinin həll olunması üçün müzakirələr aparıldığını deyən V.Əhmədov yeni sərəncam əsasında bəzi qanun dəyişikliklərini də istisna etmədi:

"Hətta mən bilirəm ki, QHT-lərə Dövlət Dəstəyi Şurası QHT təşkilatlarında çalışan gənclərin işlərinə baxır və həmkarımız Azay Quliyev tərəfindən onların fəaliyyəti yüksək qiymətləndirilir. Yəqin ki, Gənclər və İdman Nazirliyinin xüsusi tədbirlər planı var. Həmin tədbirlər planına uyğun müəyyən qanunlarda dəyişiklik edilə bilər. Gənclərin dövlət qurumlarında, müəyyən seçki orqanlarında təmsil olunması genişlənəcək. Məsələn, son bələdiyyə seçkilərində gənclərə və qadınlara daha çox üstünlük verildi. Ümumilikdə götürdükdə, gənclər həmişə dövlət başçısının diqqətində olub".

Tarix
2015.01.28 / 09:09
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla