Yuxarı

“Putin Miloşeviçin başına gələnləri unudur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hitler Avropanı necə işğal edibsə, Putin həmin üsullarla bu gün postsovet ölkələrini işğal etmək istəyir".

Bunu Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu Rusiya prezidentinin Ukraynaya qarşı sərt fikirlər səsləndirməsinə münasibət bildirərkən dedi.

Politoloqa görə, bu sözlər Rusiya siyasətinin simasıdır.

"Putin bununla açıq etiraf edir ki, Ukraynadakı hərbi cinayətlərin arxasında Rusiya və birbaşa özü dayanır. Sadəcə o unudur ki, bu cinayətlər vaxtilə onun dostu Miloşeviçə nəyin bahasına başa gəldi. Bu gün Rusiya siyasəti tam reallıq hüququnu itirib. Ukrayna kimi böyük bir ölkə ilə faktiki olaraq açıq şəkildə düşmənçilik aparılır".

Ə.Oruclu onu da bildirdi ki, Rusiyanın bu cür siyasətindən ən çox əziyyət çəkən Azərbaycandır:

"Bizim torpaqlarımız həmin qaydada işğal olunub. Rusiyanın bu gün Ukrayna torpaqlarını işğal etdiyi kimi. Sadəcə, Ukraynaya qarşı istifadə üçün Ermənistan yoxdur deyə, Rusiya birbaşa özü iştirak edir".

Müsahibimiz vurğuladı ki, Ukraynada heç bir üsyançı, qiyamçı yoxdur, onlar hamısı Rusiyanın göndərdiyi diversantlar, casuslardır:

"Bu yaxınlarda sosial şəbəkələrdə Rusiya vəhşiliyini əks etdirən görüntülərdə Ukrayna əsgərləri ilə davranış buna bir daha sübutdur. Bütün bunlar onu göstərir ki, Rusiyada faktiki olaraq faşizm yetişir. Həmin faşizmin başında da hakimiyyət özü durur. Bunun başqa adı yoxdur. Hitler də eyni şeyləri edirdi. O da başqa dövlətləri şərləyir, onları kimlərinsə əlaltıları elan edir və bundan sonra həmin dövlətlərə qarşı açıq hərbi təcavüz aparıb işğal həyata keçirirdi. 1930-cu illərin sonlarından başlayaraq 40-cı illərin tarixinə baxanda ki, Hitler Avropanı necə işğal edib, həmin üsullarla Putin bu gün postsovet ölkələrini işğal etmək istəyir və simasını da açıq şəkildə göstərməyə başlayır. Halbuki dünənə qədər özünü vasitəçi kimi aparırdı. Ukrayna ilə həmin "separatçılar" arasında sülh yaratmaq səyləri göstərirdi. Amma indi Rusiya Ukraynaya qarşı açıq savaşa keçib".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində eskalasiyanın artmasına görə Kiyevin cavabdeh olduğunu bəyan edib. Putin Sankt Peterburq şəhərində tələbələrlə görüşündən sonra mətbuata verdiyi açıqlamada bildirib ki, Ukrayna ordusu ordu deyil, legiondur.

Tarix
2015.01.28 / 09:52
Müəllif
Səbuhi Vaqifoğlu
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla