Yuxarı

Qazaxıstan-Azərbaycan oyunu satılıb – İddia/Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan mətbuatı Azərbaycanla bağlı sensasion iddia irəli sürüb.

Axar.az xəbər verir ki, mətbuatda 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Qazaxıstan və Azərbaycan yığmaları arasında Astanada keçirilmiş matçın danışılmış oyun olduğu yazılıb.

Qazaxıstan mətbuatı həmin görüşü danışılmış oyun kimi qələbə verib. "Daha çox "Tobol"la matçda və Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla danışılmış oyunda vurduğu qollarla yadda qalan Qridin indi özünə klub tapa bilmir", - deyə qazax mətbuatı yazıb.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə apasport.az saytına açıqlamasında bu iddianı təkzib edib: "Böhtandır. Heç kim Azərbaycan yığmasını oyunu verməkdə ittiham edə bilməz. Bu cür iddianın yayılması bizim üçün gözlənilməz oldu.

Yığma komanda ölkənin atributlarından biridir. Burda söhbət milli mənafedən gedir. Oyunu satan, vətənini də satar! Məsələ ilə bağlı tədbir görüləcək. Onlara rəsmi məktub göndərəcəyik. Belə hallar yolverilməzdir".

Qeyd edək ki, Avro-2012-nin təsnifat mərhələsində keçirilmiş həmin görüş Qazaxıstan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Tarix
2015.01.28 / 10:30
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla