Yuxarı

İcra başçısına: Bu yoldan bir dəfə keçin - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yol Binəqədi rayonunun kənd ərazilərini əhatə edən hissəsi deyil; bu yol heç paytaxtdan bir addım uzaqda da yerləşmir.

Gördüyünüz bu mənzərə Bakının 7-ci mikrorayon ərazisindəki Süleyman Sani Axundov küçəsidir. Hər gün burdan yüzlərlə marşrut avtobusunun şəhərin mərkəzinə işlədiyini, özü ilə bərabər hansı zibilləri haralara daşıdığını, hər gün burdakı ofislərə işləməyə gələn 200-dən artıq jurnalisti ("Teleqraf" MMC-nin yerləşdiyi ərazidə) təsəvvür edin.

İki ilə yaxındır ki, bu qədər acınacaqlı vəziyyətdə olan küçəyə Binəqədi rayon İcra Hakimiyyəti əl gəzdirmək istəmir. Bu küçənin başında yenicə inşa edilən toyxananın (şadlıq sarayının) ətrafı dərhal abadlaşdırıldı, küçənin ordan keçən hissəsi də təxminən 100 metrlik hissədə ən müasir standartlara uyğunlaşdırıldı və bunları Bakı meriyasına aid ustalar, fəhlələr və avtomobillər etdi. Amma o yüz metr təmir daha 200 metr uzanmadı – çünki toyxananın deyil, daha sonra sakinlərin, ziyalıların və redaksiyaların həyəti gəlirdi…

Binəqədi icra başçısına müraciət etmək istərdik: Siz özünüz Bakının yaraşıqlı simasına 7-ci mikrorayondakı bu bərbad küçəni necə yaraşdırırsınız? Cəmi 200 metrlik bir ərazini təmir edib qürurunu yaşamaq 2 ildir bu küçənin bu vəziyyətdə qalması biabırçılığından daha aşağı ictimai-psixoloji mənzərəmi sayılır? Yoxsa başladığınız nəcib "Təmiz Binəqədi" layihəsinin ayrılmaz tərkib hissəsi və layihənin simasımı sayırsınız S.S.Axundov küçəsini?

Tarix
2015.01.28 / 10:39
Müəllif
İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla