Yuxarı

Milli Məclisdən həkimlərə qadağa

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslərin onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirməsi qanunla qadağan edilir.

Trend-in məlumatına görə, bu məsələ bu gün Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilən "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa edilən dəyişiklərdə əksini tapıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.

Qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.

Komitə sədri Hadı Rəcəbli qanuna edilən dəyişikliklərin vacibliyini qeyd edərək bildirib ki, bu, əhalinin sağlamlığının qorunması və gücləndirilməsi üçün nəzərdə tutulur: "Misal üçün, diş müalicəsi üçün lisenziya almış şəxs diş əməliyyatını da həyata keçirir. Qanuna edilmiş dəyişikliklər bu halları qadağan edir və həkim yalnız lisenziyasında göstərilmiş istiqamətlər üzrə fəaliyyət göstərə bilər".

Tarix
2015.01.28 / 12:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla