Yuxarı

“Əgər Rusiya bu sanksiyalardan sağ çıxsa...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əslində, Avrasiya İttifaqı deyilən bir reallıq hələ yoxdur".

Bu sözləri Axar.az açıqlamasında Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Tehranın Moskvadakı səfiri Mehdi Sənainin İranın 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı ilə müqavilə bağlana biləcəyi barədə verdiyi bəyanatı şərh edərkən deyib.

Politoloq bildirib ki, əgər Rusiya bu böhrandan salamat çıxarsa, yalnız onda Avrasiya İttifaqını təsəvvir etmək imkanı yarana bilər:

"Sözsüz ki, İranın bu bəyanatı tamamilə başqa məqsədlərə xidmət edir. Çünki İran Avrasiya İttifaqına qoşulmaq fikrində deyil və qoşulmayacaq da. Görünür, İran bununla ABŞ-a təsir etmək istəyir ki, Vaşinqton Tehranla danışıqlarda yumşaq mövqe tutsun, yoxsa, İran Rusiya orientasiyasını seçə bilər. Yəni reallıqda belə bir ittifaq hələ yoxdur və buna görə də İran bura daxil ola bilməz. Rusiyanın gələcəyi göstərəcək ki, görək hələ Kreml özü bu sanksiyalardan salamat çıxa biləcəkmi? Əgər İran bu ittifaqdan Rusiyaya ixracı fonunda yararlanmaq istəyirsə, onda gömrük qiymətləri barədə danışıqlar ikitərəfli formatda da idarə oluna bilər. Ancaq sırf bu üzdən ittifaqa qoşulmağa dəyməz".

Vəfa Quluzadə sözügedən məsələ ilə bağlı iki önəmli məqamı da diqqətə çatdırıb:

"Bildiyiniz kimi, İran Rusiyadan S-300 raketlərini almaq istəsə də, Rusiya sözünün üstündə durmadı. Deməli, belə çıxır ki, gündəmə yenə bu məsələ gəlir. Ola bilsin ki, Rusiya bəlkə də İrana bu raketləri verməyi düşünür. Məhz bu baxımdan da indi İran Gömrük İttifaqına həvəsli olduğunu göstərmək istəyir ki, bu raketləri əldə edə bilsin. İranın sözügedən məsələ ilə bağlı əsas məqsədlərindən biri də bu ola bilər. Ancaq İranın Avrasiya İttifaqında olması real görünmür. Ona görə ki, Gömrük İttifaqının üzvləri, məsələn, Qazaxıstan və Belarus kimi zəif, balaca dövlətlər Rusiya ilə hələ də razılığa gələ bilmirlər. Bu ölkələr daima Putinin onları tam idarə etmək arzularına müqavimət göstərirlər. İndi İran boyda müstəqil bir dövlət Gömrük İttifaqına və heç cür Putinin qapazı altına girməz. O ki qaldı böhran qurtardıqdan sonra İran bu ittifaqa daxil ola biləcəyinə, bax, bu zaman İran ittifaqdan öz xeyrinə istifadə edəcək, amma heç bir vaxt Rusiyanın hansısa əmrini yerinə yetirməyəcək. Yəni bu, qeyri-real məsələdir".

Xatırladaq ki, İranın Moskvadakı səfiri Mehdi Sənai ölkəsinin 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı ilə ya müqavilə, ya da qarşılıqlı memorandum imzalamaq niyyətində olduğunu və bu imkandan Rusiyaya ixrac üçün yararlanmaq istədiklərini bidirib.

Tarix
2015.01.28 / 12:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gündən etibarən...

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla