Yuxarı

Vaqif Səmədoğlu: “Hamınızı yasıma dəvət edirəm” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Az öncə 75 illik yubileyində demişdi bu sözləri: "Hamınızı yasıma dəvət edirəm".

Əslində, bir ömür ölümə doğru yol gəlmişdi – ölümü düşünə-düşünə. Bəlkə də bütün düşünə bilən insanlarıı narahat edən ÖLÜM mövzusu bir həyat tərzinə çevrilmişdi Vaqif Səmədoğlunun. Deyirlər, 17 yaşında ikən Səməd Vurğun kimi atanı itirdiyi üçün ölümü yaşamağa başlamışdı.

Amma heç də elə deyil, yəqin ki! Sadəcə, Səməd Vurğunu yeniyetmə yaşında itirən Vaqif Səmədoğlu bir ömür ÖLÜMƏ qalib gəlməyin yolunu axtarmışdı. Deyəsən, tapmışdı da: ölümsüzlüyə yalnız ölümü yaşamaq və ona can atmaqla qalib gəlmək olar.

Hamı öləcək – amma çətin ki kimsə Vaqif Səmədoğlu qədər yaşaya ölümü. Duruşunda, baxışında, ağayana davranışında da ÖLÜMün şəkillərini canlandıran Vaqif illər öncə ölümsüzləşmişdi. Ona görə elə cəsarətlə sanki oğul toyu edirmiş kimi (Vaqif Səmədoğlunun oğul övladı yoxdur) hamını ölümünə çağırırdı; ona görə vaxtı-vədəni unudurdu, zamansızlaşırdı…

"Mən ölən gün"ü xatırlayırsızmı? Vaqif Səmədoğlu yalan deməzdi – külək qopacaq, bir çiçəkli uşaq paltarını matəm bayrağına çevirəcəkdi.

Külək yoxdur amma… Sakit, gözəl, özü demiş, ölməli hava var. Amma bütün məsum gözlər bu ölümə dikilib, ürəklərdən qopan ahlar əyinlərdəki çiçəkli paltarları matəm bayrağı kimi yelləyir…

Mən ölən gün

Mən ölən gün

bir külək əsəcək küçələrdə.

Və yellədəcək

ipdən asılı, quruyan

sarı çiçəkli bir uşaq paltarını.

Matəm bayrağıtək dalğalanacaq

uşaq paltarı

mən ölən gün...

***

Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...

***

Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk...

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...

Tarix
2015.01.28 / 14:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla