Yuxarı

Bakıda 3 kriminal avtoritet həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Axar.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini yaxalayıblar.

Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla "qanunsuz araşdırmalar" aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin "kassa"sına ötürülməsini təşkil ediblər.

Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, Ceyhun Baxışovdan "Makarov" tipli tapança, Etibar Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb.

Qeyd olunan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
2015.01.28 / 20:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla