Yuxarı

Ancelina Coli bəşəriyyəti sarsıdacaq məqalə yazdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın əfsanə ismi "The New York Times"da İŞİD qurbanları haqqında yazdı

Musavat.com xəbər verir ki, dünyaca ünlü aktrisa, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, BMT–nin xoşməramlı səfiri Ancelina Coli "The New York Times" qəzetində müəllif yazısı ilə çıxış edib. O, İraq və Suriyadan qaçqın düşərgələrində üzləşdiyi səhnələri qələmə alıb. Qaçqın düşərgələrində isə milyonlarla insan ən ağır şərtlər altında yaşayırlar.

"Mən 2007-ci ildən indiyə kimi 5 dəfə İraqda olmuşam, bu dəfə gördüklərim ağlasığmaz dərəcədə dəhşətli idi. Nələrə şahid oldum", Amerikanın əfsanə ismi yazır.

"Neçə dəfə qaçqın düşərgəsində olmuşam. Adətən çadırlarda oturub müxtəlif həyat hekayələrinə qulaq asardım. Çalışırdım ki, onlara dəstək olum, dərdlərin bölüşüm. Onlarla həmrəylik nümayiş etdirim, müxtəlif məsləhətlər verim. Bu dəfə isə mən susmalı oldum. Elə bil ki, dilim-ağzım qurumuşdu".

Bu dəfəki səfərində Ancelina Coli daha çox İŞİD-ın qurbanları ilə görüşüb, onlarla dərdləşib.

"Siz 13 yaşlı qızla danışırsınız. O, sizə deyir ki, məni və mənimlə həmyaş qızları mal anbarına doldurmuşdular. Məni 3 kişi eyni vaxta zorladı. Qardaşım bundan xəbər tutandan sonra özünü öldürdü".

Daha sonra o, məqaləsində yazır: "Siz axı o qadınla necə danışa bilərsiz? O, elə səninlə həmyaşdır. Və deyir ki, onun bütün ailəsini onun gözü qarşısında öldürüblər. Və indi o qadın tək-tənha çadırda yaşayır və ən minimum ərzaq rasionu alır".

Ancelina Coli beynəlxalq ictimaiyyətə müraciət edir: "İraq və Suriyada hər gün insanlar zorakılıqla üzləşir. Bu zorakılığa dözmək olmaz. Biz səsimizi qaldırmalıyıq. Biz öz dəyərlərimizi sadəcə yaşadığımız yerdə qorumamalıyıq, qəzet səhifələrində, institutlarda bu dəyərləri qorumaq çox azdır. Biz insan haqlarını Yaxın Şərqə səpələnmiş qaçqın düşərgələrində də qorumağı bacarmalıyıq. Biz o hüquqları xaraba qalmış kabus şəhərlərdə də qorumalıyıq"...

Tarix
2015.01.29 / 00:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla