Yuxarı

“Bu, Əliyevin öz komandasına xəbərdarlığıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komandaya uyğun olmayan adamların hakimiyyətdən uzaqlaşdırılması prosesi davam edəcək".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Prezidentin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqini şərh edən ekspert dövlət başçısının bir sıra önəmli məqamlara toxunduğunu bildirib:

"Fikrimi daha çox çəkən iqtisadiyyatın inkişafı ilə bağlı qaldırılan məsələlər oldu. Əliyev gizlətmədən bildirdi ki, dünyada neftin ucuzlaşması bir sıra proqramları təxirə salmaqla nəticələnəcək. Buna görə də əsas strateji proqramlara diqqət yetiriləcək. Bununla əlaqədar dövlət məmurlarına xüsusi tapşırıq verildi. Strateji proqramların yerinə yetirilməsi zamanı israfçılığın qarşısının alınması, maksimum qənaət tapşırılanlar sırasındadır. Prezidentin çıxışına görə, dünyada baş verən iqtisadi problemlər Azərbaycana elə də təsir göstərməyəcək. Bu, real proqnozdur. Çünki Azərbaycanın 50 milyarddan çox ehtiyatı var. Bu ehtiyatın hesabına manatı qoruyub saxlaya biləcəyik. Bundan başqa, Azərbaycan əhalisi sosial sahədə geriləmə görməyəcək. Ölkənin iqtisadi inkişafında da geriləmə olmayacaq. İ.Əliyev iqtisadi sahədə rəqəmlərlə danışaraq bir növ hesabat xarakterli çıxış etdi. O, ümumi daxili məhsulun və qeyri-neft sektorunun artdığını bildirdi".

Prezidentin çıxışının bəzi yüksək çinli məmurlara mesaj olduğunu deyən ekspert hakimiyyət daxilində kadr islahatının olacağını istisna etmədi:

"Hökumətdə komandanı formalaşdıran prezidentdir. Bu komanda ilə Əliyev bir sıra uğurlara imza atıb. Amma icra hakimiyyəti başçılarının yerinin dəyişdirilməsi onu göstərdi ki, islahatlar davam edəcək. Yaşı çatmış, müəyyən qədər komandaya uyğun olmayan adamların hakimiyyətdən uzaqlaşdırılması prosesi gedəcək və bunun anonsunu prezident özü verdi. Hər şeydən əvvəl bu, prezidentin səlahiyyətləri daxilində olan məsələdir. Özü lazım bilərsə, dəyişikliklər aparılacaq".

Tarix
2015.01.29 / 09:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla