Yuxarı

Girovlarımızın azadlığı işinə Avropa qoşulur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilərin əlində girov olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif təsir üsullarına əl atmaq lazımdır".

Bu sözləri Axar.az–a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyası Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib.

Politoloqun sözlərinə görə, bu prosesdə nüfuzlu xarici ölkə vəkilləri və hüquq müdafiəçilərinin xidmət və imkanlarından səmərəli istifadə olunmasına böyük ehtiyac var:

"Bu baxımdan hesab edirəm ki, hadisələrə öz obyektiv yanaşması və ədalətli mövqeyi ilə nəinki Moldovada, eləcə də onun hüdudlarından kənarda, o cümlədən Azərbaycanda kifayət qədər tanınmış ombudsman Aureliya Qriqoriunun dəstəyi olduqca faydalı ola bilər. Ən başlıcası, Aureliya xanım vicdanının səsi ilə artıq bu ağır prosesdə azərbaycanlı girovların hüquqlarının müdafiəsi məsələsini avropalı hüquq müdafiəçiləri qarşısında qaldırmağa hazır olduğunu bildirib. Bu məsələdə onu geniş informasiya ilə təmin etmək, bu imkandan da yararlanmaq üçün hərəkətə keçmək lazımdır. Paralel imkan və vasitələr axtarılıb tapılmalıdır. Bütün bu addımların koordinasiya olunmuş şəkildə həyata keçirilməsi bir "X" anında nəticənin əldə edilməsini labüd edir. Bu nəticəyə inanmaq və çevik taktiki gedişlər hesabına hədəfə çatmaq lazımdır".

Xatırladaq ki, tanınmış moldovalı ombudsman Aureliya Qriqoriu ermənilər tərəfindən girov götürülən soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının müdafiəsi ilə bağlı Avropa hüquq instansiyaları qarşısında məsələ qaldıracağını bildirib.

Tarix
2015.01.29 / 09:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətt” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla