Yuxarı

Kreml ikiqat təzyiq altında: hakimiyyət uduzur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva hazırda Krımın işğalının bədəlini ödəyir və bu bədəl getdikcə daha da dərinləşəcək".

Bu sözləri Axar.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Avropa Şurası Parlament Assambleyasının Rusiyanın səsvermə hüququnun dayandırması ilə bağlı qərarını və bunun nəticələrini şərh edərkən deyib.

Politoloq bildirib ki, əgər Kreml Ukranya siyasətində dəyişiklik etməsə, bunun nəticələri çox ağır olacaq:

"Rusiya Krımı işğal etmənin və Ukraynadakı separatçılara dəstək vermənin cəzasını çəkir. Kreml Ukrayna siyasətini dəyişmədikcə Avropanın qurumları ilə münasibətlərini gərginləşdirəcək. Rusiyanın AŞPA-da səsvermə hüququnun əlindən alınması bu ölkəni Avropadan daha uzaq salır. Kreml özü də qarşıdurmaya hazırlaşır. Çünki rusiyalı deputatlar elan etdilər ki, onlar ümumiyyətlə, 2015-ci ildə AŞPA-nın toplantılarına qatılmayacaqlar. Rusiya birinci addım kimi Ukraynanın ərazi bütövlüyünü tanımalı, bu ölkənin şərqindəki separatçılara dəstəkdən əl çəkməlidir. Əks halda Rusiya AŞPA-da səsvermə hüququnu geri qaytara bilməyəcək. Növbədə isə Krım var. Çünki Qərb Rusiyanın Krımı işğalını da pisləyir. Yəni Rusiya ikiqat təzyiq altındadır. Sanksiyalar davam edir və bu, Rusiya iqtisadiyyatını çökdürür. Belə davam edərsə, Rusiya vətəndaşlarının hakimiyyətdən narazlığı getdikcə artacaq".

Xatırladaq ki, ötən gün Avropa Şurası Parlament Assambleyası Rusiyanın səsvermə hüququnun dayandırılması barədə qərar qəbul edib.​ Bununla bərabər, aprel sessiyasında Rusiyanın assamleyanın orqanlarına rəhbərlik etmək imtiyazı da olmayacaq.

Tarix
2015.01.29 / 11:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla