Yuxarı

SOCAR-da faciə: bir əməkdaş öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəmiyə minib-düşmə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması bədbəxt hadisə ilə nəticələnib.

Axar.az Neft şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 28-də, saat 18.10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə "Abşeronneft" NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozub və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb.

Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. Ağaməlik Məmmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.

Tarix
2015.01.29 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla