Yuxarı

Dünyanın tanınmış simaları Dədə Qorqud üçün Bakıya gəlir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

30-31 yanvar tarixlərində Bakıda növbəti beynəlxalq tədbir keçiriləcək.

Axar.az xəbər verir ki, "Kitabi - Dədə Qorqud və Fridrix fon Dits – 200" Beynəlxalq Kollokviumu adlanan tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı "Kitabi-Dədə Qorqud"un alman diplomatı, şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunur.

Beynəlxalq Kollokvium "Kitabi-Dədə Qorqud" dastanının təbliğatı məqsədi ilə 2015-ci il boyu keçiriləcəyi nəzərdə tutulan geniş tədbirlər planının müzakirəsinə həsr olunur.

Kollokviumda Azərbaycanla yanaşı, Avropa ölkələrindən, Türkiyədən məşhur qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak edəcəklər. Müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində keçiriləcək.

50-dən çox yerli və xarici elm adamlarının, mətbuat nümayəndələrinin iştirakı ilə keçiriləcək Beynəlxalq Kollokviumda "Kitabi-Dədə Qorqud" dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, Kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul olunacaq.

Beynəlxalq Kollokviumun üzvləri əsasən xarici, iştirakçıları isə yerli elm adamlarıdır. Tədbirdə Azərbaycanın milli və dini icmalarının nümayəndələri - xristian, katolik, udin, alman, yəhudi və başqa icmaların rəhbər şəxsləri iştirak edəcəklər. Kollokviumun fərqli cəhətlərindən biri ondan ibarətdir ki, müzakirələrə filoloqlarla yanaşı, riyaziyyatçılar, fiziklər, geoloqlar, türkoloqlar, bir sözlə, müxtəlif sahələrin elm adamları qatılacaqlar.

Tarix
2015.01.29 / 14:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla