Yuxarı

Azərbaycan Vaqif Səmədoğlu ilə vidalaşır - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən vəfat edən xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilir.

Axar.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində çıxış edən Yazıçılar Birliyinin sədri yazıçı Anar Vaqif Səmədoğlunun ölümü ilə Azərbaycanın böyük Səməd Vurğun ailəsini, özünün isə yaxın dostunu itirdiyini bildirib.

Daha sonra Azərbaycan Respublikası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla, Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, xalq şairi Nəriman Həsənzadə və millət vəkili Nizami Cəfərov vida mərasimində çıxış edərək Vaqif Səmədoğlunun Azərbaycan üçün önəmindən danışıblar.

Vaqif Səmədoğlunun ailəsi adından çıxış edən mərhum şairin kürəkəni Aqşin anım mərasiminə toplaşanlara öz təşəkkürünü bildirib.

Hazırda anım mərasiminin rəsmi hissəsi yekunlaşıb və şairin sevənləri onu son mənzilə yola salırlar.

Mərhum xalq şairi I Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu dünən 76 yaşında Bakıda yaşadığı evdə dünyasını dəyişib.

Tarix
2015.01.29 / 14:22
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla