Yuxarı

ABŞ seçim qarşısında: Türkiyə, yoxsa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilər hər il qondarma soyqırımı dünyada tanıtmaq üçün ciddi lobbiçilik hərəkatı aparırlar".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ruslan İzzətli deyib.

O bildirib ki, ermənilər bu il də qondarma soyqırımın 100 illiyi ilə bağlı çox ciddi hazırlıq görürlər:

"Bildiyimiz kimi, Obama Çanaqqala savaşının 100 illiyi ilə bağlı Türkiyəyə, eyni zamanda qondarma soyqırımla bağlı Ermənistana dəvət alıb. Düzdür, Amerikada hazırda çoxlu erməni lobbisi fəaliyyət göstərir. Ancaq Obama Yaxın Şərq layihəsini və Türkiyənin regiondakı rolunu görməzlikdən gəlməyəcək. Çünki keçən il qondarma soyqırımın ildönümündə soyqırımla bağlı hər kəsin qulağı Obamanın nitqində idi. İndi də inanmıram ki, ABŞ kimi güclü bir siyasi reallığa malik bir ölkə Türkiyə kimi müttəfiqini itirmək istəsin. Ola bilər ki, Obama Ermənistana hər hansı səfər etsin. Ancaq sözügedən məsələ ilə bağlı Obamanın Ermənistana səfəri reallaşmayacaq. Çünki Ankara Vaşinqtonla hərbi, iqtisadi sahədə və Yaxın Şərqdə bir çox sahələrdə müttəfiqlik aparır. Bu baxımdan da ABŞ bu müttəfiqliyə zərər verəcək addım atmayacaq. Obama soyqırım məsələsinin türklər üçün nə qədər həssas bir mövzu olduğunu çox yaxşı bilir".

Tarix
2015.01.29 / 20:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla