Yuxarı

Putinin qorxunc işğal planı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının müxalifətdə olan deputatı İlya Ponomaryov Kremlin Ukraynada növbəti işğalçılıq planları haqqında proqnoz verib.

Publika.az-ın verdiyi məlumata görə, rusiyalı deputat ən radikal variantın Odessaya qədər ərazilərə müdaxilə olduğunu bildirib.

"Hesab etmirəm ki, bu ən ehtimal variantdır, amma mümkündür. Ona hazır olmaq lazımdır", - İlya Ponomaryov deyib.

Onun sözlərinə görə, minimum variant olaraq separatçıların təsir dairəsinin Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə qədər genişləndirilməsi mümkündür: "Bu, "Dnestryanı ssenari"yə gətirib çıxaracaq. Maksimum variant isə Odessaya qədər ərazilərə müdaxilədir. Birinci variant danışıqlarda sülh şərtlərini diktə etməyə xidmət edir. Bu mümkün olmadıqda isə ikinci variant gündəmə gələcək. Hazırda Ukraynanın şərqində hər şey Putinin məntiqi çərçivəsində inkişaf edir", - rusiyalı deputat qeyd edib.

Rusiyalı deputatın fikrincə, Odessa və Xarkov daha yüksək risk zonasındadır: "Demək olarmı ki, müdaxilə haqqında qərar qəbul edilib? Xeyr. Amma bunun üçün hazırlıq gedir və bunu adi gözlə də görmək mümkündür".

İlya Ponomaryov qeyd edib ki, Ukraynada üçüncü Maydanın təşkili Kremldə hazırda prioritet ssenaridir: "Kremldə sülh və müharibə partiyaları arasında mübarizə gedir. Amma bunların hər ikisi anti-Ukrayna partiyasıdır. Sülh partiyası hesab edir ki, silahla danışmaq lazım deyil, bu yalnız Ukrayna millətini birləşdirir və bir az gözləmək lazımdır. Sülh partiyasının fikrincə, Ukrayna hökumətinin özü Ukraynanın dağılması üçün hər şeyi edəcək".

Tarix
2015.01.30 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla