Yuxarı

Ruslar Uqleqorskı ələ keçirdi: küçə döyüşləri gedir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-01-30. 21:01

Donetsk vilayətinin Uqleqorsk şəhərində Anti-terror Mərkəzi qüvvələri ilə rus-terrorçu ordu arasında müharibə bu saatlarda davam edir.

Axar.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı Analitik-informasiya Mərkəzinin sədr müavini Vladimir Polevoy Kiyevdə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, rus-terrorçu ordu ATO-nun blokpostlarına hücum edir:

"Düşmən artelleriyasını susdurmaq üçün Ukrayna Silahlı Qüvvələri əks-həmlə edir. Düşmən qüvvələri daim manevr etdikləri üçün onları zərərsizləşdirmək çətinlik yaradır".

Məlumatda vurğulanır ki, Uqleqorsk şəhəri silahlıların nəzarətində deyil, şəhər uğrunda döyüşlər gedir. Ukrayna ordusu üçün ora hərbi sursat göndərilib.

İki gündür davam edən Debalsevoda da döyüşlərin getdiyinə diqqət çəkən Polevoy şəhərin Ukrayna ordusunun nəzarətində olduğunu bildirib. O qeyd edib ki, düşmənin Ukrayna ordusunun ciddi itki verdiyi barədə xəbərlərinin heç bir əsası yoxdur.

***

Donetskin Uqleqorsk şəhərində savaş davam edir.

Anti-terror Mərkəzinin (ATM) yaydığı məlumata görə, separatçılar hazırda şəhərin bir neçə rayonuna nəzarəti ələ keçirib.

"Uqleqorskda vəziyyət ağır olaraq qalır. Rus-terrorçular mülki əhalinin həyatını təhlükə altına qoyaraq, ATM mövqelərini aramsız atəşə tutmaqdadırlar", - ATM-dən bildirilib.

ATM həmçinin şəhərin silahlılar tərəfindən tam ələ keçirilməsi barədə məlumatı təkzib edib: "Düşmən yalnız şəhərin bir neçə rayonuna nəzarəti ələ keçiriblər".

Rəsmi açıqlamada həmçinin bildirilir ki, terrorçulara ağır zərbə vurulub: "Bu gün rus-terrorçular 30 itki verib, 69 yaralıları var. Həmçinin 11 hərbi maşın və tank məhv edilib".

Hazırda yaşayış sahələrində döyüşlər getdiyi təsdiqlənib.

Tarix
2015.01.31 / 00:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla