Yuxarı

Bu ölkə Ukraynaya silah göndərməyi təxirə saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovinanın Xarici Ticarət və İqtisadi Münasibətlər Nazirliyi Ukraynaya silah göndərilməsini təxirə salmaq haqqında qərar qəbul edib.

Axar.az bildirir ki, bu barədə nazirliyin saytında məlumat verilıb. Adı çəkilən nazirlik Ukraynaya beş milyon avroluq silah ixracına razılıq verəcək son instansiya idi. Sifarişçi Ukrayna DİN-dir.

Qeyd edək ki, Bosniya Müdafiə və Təhlükəsizlik nazirlikləri, XİN və Kəşfiyyat və Təhlükəsizlik Agentliyi silah ixracının lehinədirlər.

Ukraynaya silah ixracına qarşı olan Xarici Ticarət və İqtisadi münasibətlər naziri Boris Tuçiç bununla əlaqədar keçən həftə istefa verib. Nazirlik başçısının olmadığı müddətdə qərarı nazir müavini Ermina Salkiçeviç-Dizdareviç imzalaya bilər, lakin daxili məsləhətləşmələrin nəticələrinə əsasən o, sənədə imza atmayıb.

"Nazirlik məsul bir qurum kimi Bosniya və Herseqovina rəyasət heyətinin rəsmi mövqeyini gözləyəcək", – deyə məlumatda bildirilir.

Tarix
2015.01.31 / 00:49
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla