Yuxarı

Erməni TV-si Azərbaycan kanalı kimi göstərildi – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Streema.com" saytı qondarma Dağlıq Qarabağ separatçılarının televiziyasını Azərbaycan kanalı kimi təqdim edib.

Axar.az xəbər verir ki, Azərbaycan televiziyaları ilə eyni sırada göstərilən Artsakh TV-nin verilişlərini məhz buradan birbaşa linklə izləmək mümkündür.

Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan saytın əsas səhvi ölkə ərazisində erməni separatçılığının təbliğatı ilə məşğul olan TV-nin geniş auditoriyaya çıxışının təmin edilməsidir. Üstəlik, Azərbaycan daxilində fəaliyyət göstərən televiziya Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib və rəsmən ölkənin əleyhinə təbliğatın təşkili ilə məşğuldur. Bu isə Azərbaycan qanunvericiliyi və beynəlxalq normaların heç biri ilə səsləşmir.

Qeyd edək ki, "Streema.com" saytı tərkibində 25 mindən çox radio və televiziyanı birləşdirib. Riçard Monte, Xuan Trouilh, Martin Siniyavski tərəfindən yaradılan sayt son beş il ərzində beş dəfə böyüyüb. Hazırda "Streema" vasitəsilə radio dinləyənlərin sayı həftə ərzində 200 milyon nəfərdən çoxdur.

Tarix
2015.01.31 / 08:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla