Yuxarı

Bakı hotelindən fantastika – 100 minə bir günlük istirahət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məşhur hotel fantastik təkliflə çıxış edib. Paytaxtın Neftçilər prospektində yerləşən "Four Seasons Hotel Baku" 14 fevral Sevgililər Günü münasibəti ilə cütlüklərə ağlasığmaz istirahət paketi hazırlayıb. Bu təklifi hansı milyarderin qəbul edəcəyi isə maraq doğurur.

Axar.az-ın xəbərinə görə, hotelin təklifləri sırasında sevgililəri "Limuzin" markalı maşınla yaşadığı ünvandan götürmək, gəzdirmək və Qız Qalasına aparmaq, ardınca qalanın ən hündür zirvəsində şampan, kürü ziyafəti vermək daxildir.

Təkliflər paketi bununla yekunlaşmır. Valentin gecəsinə "Four Seasons Hotel Baku"nun "Kaspian" restoranında əsrarəngiz şam yeməyi də daxildir. Hotel 24 karatlı qızıl və süd vannasında masaj da təklif edir.

Gecənin sonunda isə hotelin ən lüks otaqlarından biri sevgiliniz üçün güllər və şamlarla bəzədilərək ixtiyarınıza verilir.

Xəbərdə o da qeyd edilir ki, təqribən 100 min manata başa gələn Sevgililər Günü əcnəbilərə də şamildir. Belə ki, dünyanın istənilən ölkəsindən bu təklif üçün müraciət edən şəxs "Limuzin"lə müəyyən edilmiş təyyarəyə qədər gətirilir.

Sevgililər üçün təyyarənin biznes-klasında xüsusi yer ayrılır.

Hotel artıq sevgililər günü ilə bağlı müraciətləri qəbul edir. Azərbaycan reallığında bu təklifi kimlərin qəbul edəcəyi və müraciətlərin daxil olub-olmadığı da maraq doğurur.

Tarix
2015.02.01 / 00:35
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla