Yuxarı

Azərbaycanın Rusiya lehinə səs verməsinin gizlini

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-da Azərbaycanın Rusiyanın lehinə səsverməsi Bakının Moskvanı dəstəkləməsi anlamına gəlmir".

Bu sözləri Axar.az–a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, Azərbaycan, əslində, atdığı bu addımla tamamilə başqa mövqedən çıxış edib:

"Azərbaycan Rusiyanın lehinə səs verməklə ikili standartların əleyhinə çıxıb. Burada söhbət ondan gedir ki, əgər sanksiyalar tətbiq olunursa, onda Ermənistan niyə istisnadır? Əgər bu gün Ukraynanın işğalına görə Rusiyanın səsvermə hüququ əlindən alınırsa, bəs onda Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanın səs hüququ niyə dondurulmur? Azərbaycan sırf bu mövqedən çıxış edib. Yəni bizi beynəlxalq hüquq normalarına uyğunluq maraqlandırır. Fikir verin, Qərb faktiki olaraq bu gün Kiyevə yaşıl işıq yandıraraq Ukraynanın ərazi bütövlüyünün hərbi yolla bərpasını dəstəkləyir. Biz bu məsələni qaldıranda Qərb dərhal Qarabağ münaqişəsinin həllində Ermənistanla uzunmüddətli danışıqlar masası təklifi irəli sürür. Bildirirlər ki, Dağlıq Qarabağ problemi ancaq dinc yolla həll edilə bilər və burada da Ermənistan tərəfinin təklifləri nəzərə alınmalıdır. Bu, siyasi ikiüzlülükdür. Bu baxımdan da Azərbaycan belə bir vəziyyətdə beynəlxalq hüquqi normalardan irəli gələn addımı atıb. Yəni ölkəmiz Rusiyanın lehinə səs verməklə əslində, ikili standart məsələsini önə çıxararaq Ermənistana da sanksiyaların tətbiqi məsələsini diqqət mərkəzinə çatdırıb".

Tarix
2015.02.01 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla