Yuxarı

Sürücülərin diqqətinə: yeni qanun gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qanunvericiliyə ediləcək dəyişikliklə icbari sığortası olmayan sürücünün avtomobili hərəkətdən kənarlaşdırılaraq cərimə meydançasına qoyulacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov çıxış edib. O, hər bir sürücünü icbarı sığorta məsələsində problem yaşamamaları üçün diqqətli olmağa çağırıb:

"Yəqin ki, sürücülərimiz heç kəsin icbari sığortadan yayına bilməməsi üçün dalbadal atılan addımlardan xəbərdardırlar. Bu istiqamətdə ilk sərt addım artıq atılıb. 20 iyun 2014-cü ildə icbari sığortanın olmamasına görə sürücülərə tətbiq olunan cərimə 10 manatdan 50 manata qaldırılıb. İkinci addım icbari sığorta ilə bağlı elektron məlumat bazasının DYP-nin informasiya sistemi ilə inteqrasiyasıdır. Bu inteqrasiyadan sonra istənilən DYP postunda və ya patrul maşınında olan DYP əməkdaşı yolda hərəkət edən maşının icbari sığortasının olub-olmadığını biləcək. Bu texniki məsələ artıq tam həll olunmaq üzrədir. Üçüncü addım isə daha maraqlı olacaq. İcbari sığortası olmayan sürücünün avtomobili hərəkətdən kənarlaşdırılaraq cərimə meydançasına qoyulacaq. Yalnız icbari sığota bağlandıqdan və 50 manatlıq cərimə ödəndikdən sonra avtomobil sahibinə qaytarılacaq. Bunun üçün qanunvericiliyə dəyişiklik edilməsi çox yaxın gələcəyin işidir (məndə olan məlumata görə, artıq layihə hazırdır). Odur ki, icbari sığorta məsələsinə diqqəti artırın".

Tarix
2015.02.01 / 14:00
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla