Yuxarı

Boko Haram dayanmır: 11 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada Boko Haram terrorçularının Maiduquri şəhərinə təşkil etdiyi hücumlarda 11 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyi öz açıqlamasında bölgədə təhlükəsizlik tədbirlərinin görüldüyünü, terrorçuların ağır itkilər verərək geri çəkildiyini bildirib.

Bildirilir ki, şəhərə hücum edən terrorçuların əksəriyyəti öldürülüb. Təcavüzkarlara məxsus 13 avtomobil isə ələ keçib.

Bu arada hərbi qaynaqlar Borno əyalətində Boko Haramın idarəsində olan Qvoza şəhərinin dünən axşam saatlarında yenidən ələ keçirildiyini açıqlayıb.

Xatırladaq ki, adı yerli dildə "Qərb tərzdə təhsil qadağandır" mənasını verən Boko Haram təşkilatı 2009-cu ildən aktiv fəaliyyətə keçib. Təşkilatın lideri Məhəmməd Yusif polis tərəfindən öldürüldükdən sonra bu günə kimi 13 min insan terrorun qurbanı olub.

Təxminən 160 milyon əhalisi ilə Afrikanın ən böyük ölkəsi olan Nigeriyanın şimalında fəaliyyət göstərən Boko Haram ötən ay bəzi şəhərləri nəzarət altına almış və bu bölgələrdə "xəlifəlik" elan etmişdi.

Tarix
2015.02.02 / 00:52
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla