Yuxarı

Bakıda daha bir kollec tələbəsi öldürüldü - Həkim terroru

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda burnundan plastik əməliyyat olunmaq istəyən tələbə qız dünyasını dəyişib.

Trend-in verdiyi məlumata görə, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı dünən özəl klinikalardan birində - "StarMed"də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkiminin cərrah Sənan Mehdiyev olduğu bildirilib.

Kollecdən L.Mürsəlovanın ölüm faktını təsdiqləyiblər.

Kollecdən deyilib ki, rus bölməsində maliyyə ixtisası üzrə 94-cü qrupda təhsil alan L.Mürsəlova III kurs tələbəsi olub. O, bu il məktəbi başa vuracaqdı. Kollecdən də L.Mürsəlovanın narkoz verilən zaman dünyasını dəyişdiyi bildirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, faktla bağlı nazirliyə hər hansı rəsmi məlumat daxil olmasa da, məsələ araşdırılacaq. Müvafiq məlumatlar daxil olduqdan sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən ekspertiza həyata keçiriləcək. Bundan sonra isə Səhiyyə Nazirliyi faktla bağlı tədbirlər görə bilər.

Məsələ ilə bağlı əlaqə saxladığımız Sənan Mehdiyev əvvəlcə danışdığımız şəxsin onun özü olduğunu təsdiqləsə də, sualımızı eşitdikdən sonra "danışan Samir müəllimin köməkçisidir, siz bir saatdan sonra əlaqə saxlayın" deyərək telefon əlaqəsini dayandırdı. Sonradan dəfələrlə zəng etməyimizə baxmayaraq, S.Mehdiyev telefona cavab vermədi.

Tarix
2015.03.18 / 14:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla