Yuxarı

Bu, heç kişilikdən deyil…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Desəm ki, mən yazılarımla futbol oynayıram, yəqin ki, gülərsiniz. Gülürsünüz, gülün, amma çox xoşbəxtəm ki, doğurdan da, belədir. O günü universitetdə elmi rəhbərim və redaktorum deyir ki, fikirlərin saçların kimi uzun və qarmaqarışıqdır.

Desəm ki, yazı ən çox müəllifin əyin-başına və ən çox saçlarına oxşayır, yenə razılaşan olmayacaq, vallah. Allah kəssin.

Bax, indi mən hücumdayam. Mövzu mənim topumdur. Topumla oynamasam, demək, qol olmayacaq. Əslində, rəqiblər mənim yaxşı oyunçu olmağımın, deyək ki, yazımın mənalı çıxmasının təsdiqidir. Bəlkə, elə deyil? Əgər qarşında rəqib oyunçular olmasa, mövzunu aparıb boş qapıya ötürmək heç kişilikdən deyil. Bu da məlum. Qol nidası yalnız güclü rəqiblərlə alınır. Topum indi məndədir, irəliləyirəm, düz getməyim oyun qaydalarına ziddir. Tez ora-bura dönməliyəm, necə ki, dönürəm. Bir sözlə, burcutmalıyam, burcutmaq oyunun təşbehidir.

Aha, hamı üstümə gəlir, bəs mən neyləyim? Tez topu atıram bələdiyyələrə, xarici ölkələrdə əksər mədəni tədbirləri bələdiyyələr həyata keçirir. Atam bu yaxınlarda Türkiyədə oldu. Deyir, uşaq ədəbiyyatı ilə bağlı məsələləri də bələdiyyələr maliyyələşdirir. Amma bizimkilər ancaq torpaq işinə baxır.

Topu hörmətli millət vəkili Hadı Rəcəbliyə də ötürə bilərəm. Hadı müəllim qaşlarını çatır, yenə qarışdırır aranı. Kim nə deyir desin, heç nə onun vecinə deyil, bilirəm.

Bəli, mən oynamalıyam, necə ki, oynayıram. Tez topu atıram banklara, kreditlər, faizlər, intiharlar, inhisarlar. Bizim bankların çoxu millətini sevmir, halbuki banklar az faizlə millətini dolandırmalıdır. Mənasız verilişlərə maliyyə ayırırlar, amma mədəni tədbirlərə bir manat ayırmaq nədir, hələ istəyirlər ki, o tədbirlərə yüksək faizlə kredit versinlər.

Bilirəm, hazırda mənimlə oynayanlardan biri bank müdiridir. Oynasın da. Onsuz da mövzu – topum məndədir. Görürəm ki, oxucular və tamaşaçılar məndən yenilik gözləyirlər . Bəli, hər şeyin başı yenilikdir. Top məndə çox qalsa, oyun zəifləyəcək. Topu ötürmək gərəkdir.

Aha, qarşımdakı dil üzrə professorumuz Tofiq müəllimdir. Topu atıram Tofiq Hacıyevə. Əgər getsəniz Fəvvarələr meydanına, ordan çıxsanız Tarqovuya, bir dənə Azərbaycan dilində söz tapa bilməzsiniz. Hamısı ingilis dilində, bəlkə də, heç ingilis dilində də düz yazmayıblar. Şəhər əlifba kimi şeydir. Adam dili şəhərin divarlarından daha yaxşı öyrənir.

Baxın, mehmanxanaların, şadlıq saraylarının, restoranların, dükanların adlarına. Hamısı dilə yatmayan adlar, xarici sözlər. Görəsən, bura Bakıdırmı? Bəs hanı milliliyimiz, dilimiz? Tofiq müəllim qaçır, çünki bilir o restoranların sahibləri kimlərdir. Mən onu qovuram. Tamamilə yeniyəm. Hələ oyunda indiyə kimi belə bir hadisə olmamış. Qarşı tərəfin oyunçusu qaçır. Mənim onun arxasınca getməyim ayıbdır. Sağ-sola, qabağa, arxaya baxıram. Aha, arxada Mədəniyyət Nazirliyinin əməkdaşı. Qayıdıb onunla oynayım gərək. Yoxsa oyundan kənar vəziyyətə düşərəm.

Hələ ki, mövzu – topum məndədir. Çoxlu sayda uşaq teatrları var. Bir-ikisini çıxmaq şərti ilə, heç birinin fəaliyyəti yox. Repertuarları çox zəif, həvəskar müəlliflər... Deyirlər, qabaq nazirliyin nəzdində kitab şöbəsi varmış. Müəlliflərin kitablarını alıb, pulunu verirdi. Həm müəllif qazanırdı, həm də nazirliyin kitabxanaları. Bəs indi necədir vəziyyət? Vaqif Bəhmənli bilər.

İrəliləyirəm. Mənimlə sol tərəfdə Təhsil Nazirliyinin əməkdaşı oynayır. Deyəsən, mövzu – topumu əlimdən almaq istəyir. Bəli oynamaq gərək. Bəlkə də, fikirləşir ki, görəsən, Kəramət kimin kadrıdır? Saçlarına bax, heç daramır, köynəyi ütüsüz, qalustuku əyri.

Mövzu topum yenə məndədir. Təhsil Nazirliyinin buraxdığı dərslik kitablarının əksəriyyətində mətnlər çox zəif, müasir şagirdin dünyagörüşünə uyğun deyil. Elə şairlərin şeirləri dərsliyə salınıb ki, həm şeir qüsurludur, həm də həmin müəllifi tanıyan yoxdur.

Aha, qarşıda televiziya. Oynamaq, yalnız oynamaq. Televiziyalarımız, demək olar ki, tamamilə əsl uşaq verilişilərindən boşaldılıb, atam demişkən, yerinə böyüklərin öyrətdiyi, böyük kimi danışdırılan uşaqların verilişləri yer alıb.

İrəliləyirəm. Keçirəm. Görkəmli ictimai-siyasi xadimlər neçə dəfə aut qışqırsa da, əhəmiyyət vermirəm. Mövzu – topumu qapıya vururam. Qol! Beləliklə, problemlərə həsr olunmuş oyun başa çatır.

Vaqif Bəhmənli mənə baxır: "Saçlarına bax bunun".

Tarix
2015.03.21 / 09:30
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla